26 milyard manat xərcləndi: Deputatdan bu şəxslərə ŞAD XƏBƏR
04 Noyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
332
15.10.2026, 16:47
Məktəblərdə vahid məktəbli geyiminin tətbiqi şagirdlər arasında nizam-intizamın möhkəmləndirilməsi, sosial təbəqələşmənin və psixoloji diskomfort un qarşısının alınması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Şagirdlərin dərs prosesində geyimə görə bir-birindən fərqlənməməsi bərabər təhsil mühitinin formalaşmasına və qarşılıqlı münasibətlərin daha sağlam təməllər üzərində qurulmasına birbaşa təsir göstərir. Eyni zamanda, bu standartlar gənc nəslin məktəb mədəniyyətini mənimsəməsinə və milli-mənəvi dəyərlər fonunda dünyəvi təhsil prinsiplərinə hörmətlə yanaşmasına şərait yaradır. Son zamanlar normativ hüquqi bazada reallaşdırılan dəqiqləşdirmələr də məhz təhsil müəssisələrində vahid mühitin təmin edilməsinə hədəflənib. Bununla belə, mövzu ətrafında aparılan bəzi müzakirələr zaman-zaman məsələnin kökündən yayınaraq fərqli istiqamətlərə yönəldilir.
Mövzu ilə bağlı Oxu24.com-a fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədov məktəbli forması ilə bağlı mövcud qaydaları və bu yanaşmanın pedaqoji-psixoloji tərəflərini qiymətləndirib.
Ekspertin sözlərinə görə, əvvəlki nizamnaməyə əsasən, təhsil ocaqlarına təklif olunan dörd müxtəlif geyim modelindən birini seçmək və 3 il müddətində tətbiq etmək hüququ verilmişdi. Bu zaman valideyn komitələrinin və pedaqoji şuranın mövqeyi nəzərə alınırdı. Lakin təcrübədə müəyyən uyğunsuzluqlar ortaya çıxdığı üçün Nazirlər Kabinetinin son qərarı ilə çərçivə daha da konkretləşdirilib və boşluqlar aradan qaldırılıb.
Məzahir Məmmədovun sözlərinə görə, vahid forma tələbinin əsas məqsədi məktəb daxilində ümumi nizamı qorumaq, müəllim və şagird heyəti üçün bərabər imkanlar təmin etməkdir. Bu model uşaqların geyimə görə fərqlənməsinin, özünü narahat hiss etməsinin və lazımsız müqayisələrin qarşısını alır, eyni zamanda hər gün geyim seçiminə gedən vaxt itkisini minimuma endirir:
“Məsələyə Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan dünyəvilik prinsipi baxımından yanaşılmalıdır. Təəssüf ki, bəzən normanın əsas mahiyyəti unudulur və müzakirələr süni şəkildə başqa məcraya yönəldilir”.
Cəmiyyətdə hicablı şagirdlərin əldə etdiyi yüksək göstəricilərin tez-tez qabardılmasına da münasibət bildirən M.Məmmədov vurğulayıb ki, müvəffəqiyyəti yalnız bir geyim tərzi ilə əlaqələndirmək elmi və obyektiv yanaşma deyil:
"Ölkəmizdə və xaricdə təhsil alan, beynəlxalq imtahanlarda yüksək nəticə göstərən çoxlu istedadlı gəncimiz var. Onların arasında hicablı qızlarımız da az deyil və bu uğurlar təqdirəlayiqdir. Lakin fərdi nailiyyətləri ümumiləşdirərək geyimi uğurun başlıca meyarı kimi qələmə vermək düzgün deyil. Çünki hicabsız qızlarımız arasında da analoji yüksək göstəricilər qazanan kifayət qədər şagird var. Heç bir halda uşağın akademik uğuru onun geyimi ilə əlaqələndirilməməli və bu zəmində ayrı-seçkiliyə yol verilməməlidir”.
Çimnaz Telmanqızı
20:33 / 04 Noyabr 2026
36
20:28 / 04 Noyabr 2026
51
20:26 / 04 Noyabr 2026
60
20:21 / 04 Noyabr 2026
44
20:13 / 04 Noyabr 2026
63
20:08 / 04 Noyabr 2026
134
19:57 / 04 Noyabr 2026
91
19:55 / 04 Noyabr 2026
79
19:55 / 04 Noyabr 2026
152
19:25 / 04 Noyabr 2026
85
19:18 / 04 Noyabr 2026
3550
19:17 / 04 Noyabr 2026
66
19:00 / 04 Noyabr 2026
82
18:41 / 04 Noyabr 2026
1277
18:41 / 04 Noyabr 2026
126
18:37 / 04 Noyabr 2026
188
18:35 / 04 Noyabr 2026
158
18:35 / 04 Noyabr 2026
3452
18:27 / 04 Noyabr 2026
106
18:21 / 04 Noyabr 2026
140
18:15 / 04 Noyabr 2026
90
18:14 / 04 Noyabr 2026
111
17:40 / 04 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.