Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
04 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
842
15.10.2026, 13:54
Yaradana şükürlər olsun ki, sübh tezdən yeni kitab üzərində işləri tamamlayıb nəşriyyata göndərdim. Trayektoriyamız bəllidir: cəhalətə, nadanlığa, xəstə tarix şüuruna qarşı bir aydınlıq dirənişi! Bu millətin, bu cəmiyyətin başının üstünü qapatmağa çalışanlar öz işlərini görsünlər, bizlər də başın içini aydınlatmağa davam edək!
Bunu millət vəkili Fazil Mustafa öz sosial şəbəkə hesablarında yazıb.
"Qalıcı iş kitabdır, kiminsə onu yazmaq imkanı olmaya bilər, ancaq hər kəsin onu oxumaq imkanı var. Ağlınızı, imanınızı aydınladan tək vasitə kitabdır. İstər müqəddəs kitab olsun, istərsə də insan zəkasının məhsulu kitab olsun! Gözünüzə dolan qulağınıza doldurulandan daha faydalıdır.
Qorxmadan, usanmadan qaranlıq keçmişimizə və qaranlıq indimizə qarşı aydınlıq və maarifçilik mücadiləsi aparan bütün dəyərli Vətən övladlarına sayğımı ifadə etmək üçün yeni kitabımı əldə edən kimi şəxsən göndərəcəyəm. Biz yalquzaq olanda da, on nəfər, min nəfər olanda da, güclüyük. XIX yüzildə iki div adam bu millətin aydınlıq gələcəyinin ümid şamını yandırmışsa, bundan sonra da onu sönməyə qoymayacaq iradəmiz həmişə var olacaqdır",-deyə o bildirib.
Jalə
17:12 / 04 Noyabr 2026
1
17:02 / 04 Noyabr 2026
53
16:58 / 04 Noyabr 2026
33
16:54 / 04 Noyabr 2026
73
16:49 / 04 Noyabr 2026
51
16:34 / 04 Noyabr 2026
261
16:32 / 04 Noyabr 2026
60
16:22 / 04 Noyabr 2026
112
16:21 / 04 Noyabr 2026
95
16:20 / 04 Noyabr 2026
81
16:19 / 04 Noyabr 2026
89
16:13 / 04 Noyabr 2026
80
16:12 / 04 Noyabr 2026
149
16:10 / 04 Noyabr 2026
108
16:04 / 04 Noyabr 2026
144
16:03 / 04 Noyabr 2026
85
15:43 / 04 Noyabr 2026
108
15:33 / 04 Noyabr 2026
1503
15:00 / 04 Noyabr 2026
135
14:58 / 04 Noyabr 2026
888
14:57 / 04 Noyabr 2026
99
14:48 / 04 Noyabr 2026
336
14:40 / 04 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.