Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
02 Noyabr 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
864
13.10.2026, 17:37
Nəzakət Teymurova məktəblərdə vahid geyim formasını dəstəkləyib.
Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunması və diqqətin təhsilə yönəldilməsi baxımından əhəmiyyət daşıyır. Xalq artisti Nəzakət Teymurova da bu təşəbbüsü müsbət qiymətləndirərək məktəblilərin əsas diqqətinin təhsil və elmə yönəlməli olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Nəzakət Teymurova Oxu24.com-a açıqlamasında vahid məktəbli geyiminin tətbiqini dəstəklədiyini bildirib.
“Bizim vaxtımızda da vahid geyim var idi. Şagird fikirləşməyəcək ki, sırğa taxım, pomada vurum və sair. Hamının vahid geyimi olacaq. Varlı və kasıb ailələrin uşaqları da eyni geyimdə olacaqlar. Bu, normaldır. Əgər bu qanun qəbul edilibsə, çox alqışlayıram.
Bəzən məktəbə gələn uşaqların dırnaqlarına, makiyajına, saçlarının rənginə fikir verirsən. Hər şeyin öz zamanı var. İnstituta daxil olarlar, sonra istədiklərini edərlər. Hələ onların oxumaq, təhsil almaq vaxtıdır. Elmlə məşğul olmaq ən gözəl zinətdir. Ona görə də bu qanunu qəbul etdiklərinə görə çox təşəkkür edirəm”, – deyə Nəzakət Teymurova qeyd edib.
Turan Etibaroğlu
23:05 / 02 Noyabr 2026
1
23:05 / 02 Noyabr 2026
26
22:55 / 02 Noyabr 2026
39
22:48 / 02 Noyabr 2026
79
22:44 / 02 Noyabr 2026
45
22:27 / 02 Noyabr 2026
76
22:25 / 02 Noyabr 2026
74
22:22 / 02 Noyabr 2026
66
22:18 / 02 Noyabr 2026
73
22:09 / 02 Noyabr 2026
62
22:08 / 02 Noyabr 2026
75
22:06 / 02 Noyabr 2026
152
21:43 / 02 Noyabr 2026
1584
21:39 / 02 Noyabr 2026
110
21:38 / 02 Noyabr 2026
68
21:30 / 02 Noyabr 2026
88
21:30 / 02 Noyabr 2026
114
21:19 / 02 Noyabr 2026
84
21:13 / 02 Noyabr 2026
79
21:13 / 02 Noyabr 2026
100
21:06 / 02 Noyabr 2026
226
21:01 / 02 Noyabr 2026
102
21:00 / 02 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.