Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
745
13.10.2026, 17:29
Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlərin şəxsiyyət kimi formalaşması, sosial bərabərliyin qorunması və təhsil mühitində ayrı-seçkiliyin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Vahid geyim qaydaları uşaqların diqqətini xarici görünüşdən daha çox bilik və bacarıqlarına yönəltməyə, onların məktəb mühitinə uyğunlaşmasına kömək edir.
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aşıq Samirə Əliyeva Oxu24.com-a açıqlamasında məktəblərdə vahid geyim formasının tətbiqini məqsədəuyğun hesab etdiyini bildirib.
Onun sözlərinə görə, məktəb şagirdlərin gələcək həyatının formalaşmasında ailə ilə yanaşı, mühüm rol oynayan təhsil və tərbiyə mühitidir. Uşaqlar burada yalnız bilik qazanmır, eyni zamanda ünsiyyət mədəniyyətini, sosial münasibətləri və davranış qaydalarını mənimsəyirlər.
“Məktəblərdə vahid geyim formasının tətbiqi, əlbəttə ki, son dərəcə məqsədəuyğundur. Bu, həm şagirdlər, həm də müəllimlər üçün əhəmiyyətlidir. Xüsusilə şagirdlər elə bir dövrdədirlər ki, onların gələcəyinin təməli məktəbdə qoyulur. Ailə üzvlərinin təsiri qədər məktəbin də şagirdlərin şəxsiyyət kimi formalaşmasında rolu var. Burada onlar təhsillə yanaşı, ünsiyyət mədəniyyətini, geyim mədəniyyətini və sosiallaşma qaydalarını öyrənirlər. Bütün bunların təməli məktəbdə qoyulur.
Gələcəkdə atacaqları addımların, müəyyənləşdirəcəkləri məqsəd və hədəflərin formalaşmasında məktəbin xüsusi əhəmiyyəti var. Çünki insan məhz məktəb illərində gələcəkdə kim olmaq istədiyini, hansı sahədə özünü gördüyünü və hansı istiqamətdə daha faydalı ola biləcəyini müəyyənləşdirməyə başlayır”, – deyə Aşıq Samirə Əliyeva qeyd edib.
O vurğulayıb ki, vahid məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq baxımından da vacibdir. Belə ki, ailələrin maddi imkanları fərqli olduğundan uşaqların geyimləri üzərindən müqayisə aparılması onların münasibətlərinə mənfi təsir göstərə bilər.
“Geyim məsələsinə gəldikdə isə şagirdlərin bir-birindən fərqlənməməsi daha yaxşı olar. Çünki hər ailənin özünəməxsus sosial vəziyyəti var. Hamı eyni geyimdə olduqda uşaqlar arasında ayrı-seçkilik də hiss olunmaz. Şagirdlər bir-birlərinə münasibətdə maddi vəziyyətə görə fərq qoymamalıdırlar. Məktəbli geyimləri uşaqların yaşına uyğun, gözəl və səliqəli olmalıdır. Bunun nəyi pisdir?
Bir çox məktəblərdə bu qaydalar artıq illərdir tətbiq olunur. Mənim övladlarım da dövlət təhsil müəssisəsində, xüsusi məktəbdə təhsil alırlar. Onlardan biri məktəbi bitirir, digəri isə hazırda təhsilini davam etdirir. İlk gündən məktəbin müəyyən etdiyi vahid geyim qaydalarına riayət edirlər. Məktəb necə tələb edirsə, onlar da həmin qaydalara uyğun geyinirlər. Bir valideyn kimi bu, məni çox qane edir”, – deyə o bildirib.
Aşıq Samirə Əliyevanın fikrincə, uşaqlar səhər məktəbə gedərkən geyim seçimi, dəb və ya geyimin qiyməti barədə düşünməməli, vaxtlarını və enerjilərini təhsilə sərf etməlidirlər. Onun sözlərinə görə, şagirdlərin əsas müzakirə mövzusu geyim deyil, öyrəndikləri biliklər, dünyagörüşü və gələcək hədəfləri olmalıdır.
“Uşaq səhər məktəbə gedəndə hansı zövqdə, hansı dəbdə geyinəcəyini, geyimin bahalı və ya ucuz olduğunu düşünməməlidir. Bu fikirlər uşağın zehnini məşğul etməməli, onu təhsildən yayındırmamalıdır.
Hər bir şagird düşünməlidir ki, bu gün məktəbdə nə öyrənəcək, nəyi öyrənməkdə çətinlik çəkir və daha nələri öyrənməlidir. Şagirdlərimiz bir-biri ilə bilik səviyyələri, dünyagörüşləri barədə fikir mübadiləsi aparmalıdırlar. Düşünürəm ki, geyimlə bağlı bu cür məsələlər uşaqlar üçün əsas mövzuya çevrilməməlidir”, – deyə Əməkdar mədəniyyət işçisi fikirlərini yekunlaşdırıb.
Turan Etibaroğlu
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.