"Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir"
13 Oktyabr 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
79
13.10.2026, 17:07
Dünyanın hər bir dünyəvi dövlətinin vahid geyimlə bağlı öz hədəfləri, strategiyası və taktikası mövcuddur. Təhsil müəssisələrində bu qaydaların tətbiqi uşaqların tərbiyəsinə, davranışına və məktəb mühitində bir-birinə münasibətinə birbaşa təsir göstərir. Eyni zamanda, bu qaydaların qorunması milli-mənəvi dəyərlərin və məktəb mədəniyyətinin formalaşmasında əsas rol oynayır.
Məsələ ilə bağlı Oxu24.com-un suallarını Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, sosioloq Hüseyn İbrahimov cavablandırıb.
Hüseyn İbrahimov bildirib ki, bir çox ölkələrdə təhsil institutları və nazirliklərin qərarları ilə geyim qaydaları daxili əsasnamələrlə tənzimlənir. Ölkəmizdə də həmişə dünyəvi dəyərlərin və baxışların formalaşması istiqamətində qanunvericilik və qərarlar formalaşıb. Dünyəvilik yalnız biliklərin müasirliyinə cavab verməklə məhdudlaşmır, həm də zahiri görünüş, geyim tərzi və nizam-intizam kimi kriteriyaları birləşdirir.
Sosioloq qeyd edib ki, bəzi insanlar məktəb forması məsələsini sosial mediada süni sosial konflikt kimi istifadə etmək niyyəti güdürlər:
“Azərbaycanda din və vicdan azadlığı sahəsində görülən işlər müstəqillik əldə etmiş gənc ölkələr sırasında ölkəmizi ön yerlərə çıxarır. Ancaq təəssüf ki, bəzi hallarda təhsil institutunun vahid forma tətbiqi məsələsi kənar və üçüncü qüvvələr tərəfindən fərqli tərzdə yozulur. Bütün hallarda vahid forma nizam-intizamın, ədəd-ərkanın, səliqə-sahmanın və sosial özünüifadənin daha yaxşı tənzimlənməsini özündə əks etdirir”.
Mütəxəssis valideynlərin yeniyetmə dövrü ilə bağlı yanaşmalarına da toxunub:
“Gənclərin və yeniyetmələrin həyatında 9-12 və 15 yaş aralığı onların azad yaradıcılığının üzə çıxdığı dövrdür. Həmin çərçivədə onları hansısa qadağalar və ya "olmazlar" çərçivəsinə salmaq yolverilməzdir. Ədəd-ərkan başqa bir şeydir, lakin uşağın yaradıcılığının görünməməsi üçün onu dünyəvilikdən kənar qadağalara məruz qoymaq düzgün deyil. 18 yaşından sonra isə gəncin necə geyinməsi onun özünün daxili işi olmalıdır”.
Sonda Hüseyn İbrahimov məktəbin həm də bir ikinci ailə olduğunu vurğulayıb:
“Necə ki, ailənin öz nizam-intizam qaydaları var, məktəbin də öz nizam-intizam qaydası mövcuddur. Bu qaydalara hamımız hörmətlə yanaşmalıyıq, çünki bu, gənclərimizin və yeniyetmələrimizin gələcəyi üçündür”.
Çimnaz Telmanqızı
18:00 / 13 Oktyabr 2026
23
17:58 / 13 Oktyabr 2026
5
17:48 / 13 Oktyabr 2026
41
17:39 / 13 Oktyabr 2026
53
17:37 / 13 Oktyabr 2026
109
17:29 / 13 Oktyabr 2026
153
17:25 / 13 Oktyabr 2026
59
17:07 / 13 Oktyabr 2026
69
16:59 / 13 Oktyabr 2026
86
16:49 / 13 Oktyabr 2026
2123
16:46 / 13 Oktyabr 2026
544
16:28 / 13 Oktyabr 2026
360
16:28 / 13 Oktyabr 2026
136
16:22 / 13 Oktyabr 2026
102
16:16 / 13 Oktyabr 2026
82
16:09 / 13 Oktyabr 2026
112
16:06 / 13 Oktyabr 2026
1011
16:06 / 13 Oktyabr 2026
146
15:59 / 13 Oktyabr 2026
134
15:50 / 13 Oktyabr 2026
436
15:50 / 13 Oktyabr 2026
163
15:47 / 13 Oktyabr 2026
138
15:46 / 13 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.