Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
02 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
13.10.2026, 14:53
Məktəblərdə sosial bərbərliyin qorunması baxımından vahid məktəbli formasından istifadə zəruridir.
Oxu24.com xəbər verir ki,bunu APA -ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
O bildirib ki, təhsil müəssisələrində normal və sağlam mühitdə təhsil prosesinin həyata keçirilməsi və tədrisin təşkili vacib şərtdir: “Çünki biz nizam-intizam olan yerdə uğur, nailiyyət əldə edə bilirik. Ona görə də normal tədris prosesinin olması üçün sağlam təhsil mühiti olmalıdır. Bu baxımdan, Nazirlər Kabinetinin təhsilalanların və təhsilverənlərin vahid geyim forması ilə bağlı müvafiq qərarına əməl etmək həm sosial bərbərliyin qorunması baxımından sağlam təhsil mühitinin formalaşması, həm də dünyəvi təhsilin bərqərar olması üçün zəruridir. Vətəndaşlar Nazirlər Kabinetinin müvafiq qərarına mütləq riayət etməlidir”.
Ekspertin sözlərinə görə, istər şagirdlərin, istərsə də müəllimlərin müxtəlif növ geyimlərdə, yaxud müxtəlif formada təhsil müəssisələrinə gəlmələri müşahidə olunub: “Məsələn, hansısa filmin təsiri ilə saçlarını rəngləyən, müxtəlif zinət əşyalarından istifadə edən, müxtəlif döymələri olan təhsilalan və təhsilverənlər görmüşük. İndi isə Nazirlər Kabineti bunların hamısını qadağan edir, vahid məktəbli formasını geyinməyə çağırır. Sosial bərabərlik üçün hər bir vətəndaş bu qərara hörmət etməlidir. Müvafiq Qərarın icrasına nəzarət etmək üçün müntəzəm olaraq müvafiq regional Təhsil İdarələri, Elm və Təhsil Nazirliyinin tabeli qurumları, həmçinin, məktəb rəhbərləri monitorinqlər keçirməli, lazımi tədbirlər görməlidir”.
Elçin Əfəndi qeyd edib ki, Nazirlər Kabinetinin mövcud qaydaları hər kəs üçün keçərli olduğu üçün valideynlərdə narazılıq yaratmamalıdır: “Şagirdlərin öz istədiyi formada, geyimdə məktəbə gəlməsi sosial bərabərliyin pozulmasına səbəb olur. Bu, qəbuledilməzdir. Şagirdlərin vahid məktəbli forması tam qaydasında olmalıdır. Mövcud Qərardan kənara çıxma halları olmamalıdır. Burada həm məktəb rəhbərliyi, həm müəllimlər, həm də valideynlər məsuliyyət daşımalıdır. Valideynlər övladlarını təhsil müəssisələrinə göndərərkən yalnız tələblərə uyğun geyindirməlidirlər. Müəllimlər də müvafiq olaraq şagirdin davranışında, geyim formasında hansısa çatışmazlığı müşahidə etdiyi zaman dərhal aidiyyəti üzrə məlumat verməlidir. Məktəb rəhbərliyi isə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq tədbir görməlidir. Təbii ki, belə vəziyyətdə tələblərə riayət etməmə halı müşahidə olunarsa, valideyn dəvət olunur, müəyyən söhbət aparılır. Şagirdin təhsil hüququn təmin olunması üçün valideyn məsuliyyətini dərk etməlidir. Valideyndən qaynaqlanan əsasların aradan qaldırılması şərti ilə şagirdin təhsil hüququnun davam etməsi təhsil müəssisəsinin ixtiyarındadır. Bu baxımdan, valideyn diqqətli olmalıdır ki, övladının təhsil hüququ birbaşa onun yaratdığı imkanlara görə məhdudlaşmasın. Burada şagirdin təhsil hüququ vacibdir. Məktəb də şagirdin təhsil hüququnu qorumaq üçün çalışır”.
22:27 / 02 Noyabr 2026
8
22:25 / 02 Noyabr 2026
33
22:22 / 02 Noyabr 2026
33
22:18 / 02 Noyabr 2026
44
22:09 / 02 Noyabr 2026
47
22:08 / 02 Noyabr 2026
52
22:06 / 02 Noyabr 2026
116
21:43 / 02 Noyabr 2026
1308
21:39 / 02 Noyabr 2026
89
21:38 / 02 Noyabr 2026
52
21:30 / 02 Noyabr 2026
74
21:30 / 02 Noyabr 2026
103
21:19 / 02 Noyabr 2026
80
21:13 / 02 Noyabr 2026
76
21:13 / 02 Noyabr 2026
93
21:06 / 02 Noyabr 2026
203
21:01 / 02 Noyabr 2026
96
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
97
20:36 / 02 Noyabr 2026
184
20:34 / 02 Noyabr 2026
131
20:26 / 02 Noyabr 2026
1979
20:23 / 02 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.