Qaynar xətt:

(+99450) 247 90 86

Vergi ödəyicilərinin sayı 7 % artıb

Vergi ödəyicilərinin sayı 7 % artıb

CƏMİYYƏT

48

13.10.2026, 11:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 56 810-a çatıb.

Oxu24.com-un  məlumatına görə, onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,9 %, hüquqi şəxslərin sayı isə 7,1 % yüksəlib.

Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 966-ya çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

Bu ilin yanvar–sentyabr qeydiyyata alınan kommersiya qurumlarının 81,8 %-i elektron qaydada, 18,2 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.