Nazir onu vəzifədən AZAD ETDİ
02 Noyabr 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
233
12.10.2026, 20:53
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkədə səfərdə olan İranın daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BU barədə Oxu24.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, K.Heydərov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov FHN-nin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. İki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İranın daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

15:18 / 02 Noyabr 2026
2
15:14 / 02 Noyabr 2026
19
15:10 / 02 Noyabr 2026
32
15:01 / 02 Noyabr 2026
38
14:59 / 02 Noyabr 2026
44
14:22 / 02 Noyabr 2026
153
14:20 / 02 Noyabr 2026
167
14:09 / 02 Noyabr 2026
80
13:55 / 02 Noyabr 2026
82
13:44 / 02 Noyabr 2026
146
13:35 / 02 Noyabr 2026
84
13:25 / 02 Noyabr 2026
608
13:21 / 02 Noyabr 2026
171
13:19 / 02 Noyabr 2026
845
13:18 / 02 Noyabr 2026
85
13:13 / 02 Noyabr 2026
124
12:59 / 02 Noyabr 2026
116
12:49 / 02 Noyabr 2026
946
12:46 / 02 Noyabr 2026
109
12:43 / 02 Noyabr 2026
96
12:39 / 02 Noyabr 2026
102
12:37 / 02 Noyabr 2026
194
12:32 / 02 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.