Elektromobil alanlar peşman olur? — Maşın ustası CAVABLANDIRDI
09 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
30.09.2026, 13:57
“Bildiyiniz kimi, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunan rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb”.
Oxu24.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisə qaytarılması onun müddalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə şərait yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib.
Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və güzəştlərlə məhdudlaşmır, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşması ilə birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, - Prezidentin köməkçisi qeyd edib.
Ş.Mövsümov əlavə edib ki, qanunun müzakirəsi, həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilib və komitənin müvafiq rəyi hazırlanıb: “Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”.Qafqazinfo
18:31 / 09 Noyabr 2026
14
18:25 / 09 Noyabr 2026
105
18:23 / 09 Noyabr 2026
41
18:14 / 09 Noyabr 2026
65
18:02 / 09 Noyabr 2026
171
17:57 / 09 Noyabr 2026
74
17:56 / 09 Noyabr 2026
62
17:55 / 09 Noyabr 2026
86
17:38 / 09 Noyabr 2026
195
17:36 / 09 Noyabr 2026
105
17:22 / 09 Noyabr 2026
173
17:14 / 09 Noyabr 2026
104
16:56 / 09 Noyabr 2026
801
16:53 / 09 Noyabr 2026
498
16:43 / 09 Noyabr 2026
220
16:37 / 09 Noyabr 2026
176
16:32 / 09 Noyabr 2026
126
16:28 / 09 Noyabr 2026
101
16:25 / 09 Noyabr 2026
347
16:23 / 09 Noyabr 2026
307
16:19 / 09 Noyabr 2026
159
16:06 / 09 Noyabr 2026
922
15:54 / 09 Noyabr 2026
1567
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.