Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq
29 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
29.09.2026, 18:10
Hindistan qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkət olan UFlex Limited ilə ölkənin İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında əməkdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında (AİZ) qablaşdırma məhsulları üçün yeni istehsal müəssisəsinin yaradılması planlaşdırılır.
Oxu24.com-un məlumatına görə , bu barədə İqtisadiyyat Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunur ki, layihə UFlex Limited şirkətinin beynəlxalq aktivlərini idarə edən Flex Middle East FZE şirkəti vasitəsilə həyata keçiriləcək: "Bu məqsədlə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində FRBA, Flex Middle East FZE və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb".
Nazirlikdən verilən məlumata görə, 117,7 milyon dollarlıq istehsal layihəsi Ələt Azad İqtisadi Zonasında (AİZ) həyata keçiriləcək: "Layihənin həyata keçirilməsi üçün Flex Films AZB AFEZCO yaradılıb və AİZ-də müəssisənin yaradılması üçün 4,7 hektar torpaq sahəsi ayrılıb".
"Layihə ildə 60 min ton məhsul istehsal gücünə malik müasir bir müəssisənin yaradılmasını planlaşdırır."
Nazirlikdən bildirilib ki, layihənin həyata keçirilməsi Azərbaycanın qeyri-neft və qaz sektorunun inkişafına, ixracyönümlü istehsalın genişləndirilməsinə, xarici investisiyaların cəlb olunmasına və ölkənin qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.
UFlex Limited 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma filmləri və materiallarının, eləcə də əlaqəli məhsul və texnologiyaların istehsalında ixtisaslaşıb. UFlex məhsullarını 150-dən çox ölkəyə ixrac edir və beynəlxalq standartlara cavab verən doqquz ölkədə istehsal müəssisələri fəaliyyət göstərir.
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.