Füzuli Rzaquliyev VƏFAT ETDİ
09 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
29.09.2026, 11:35
Yaratdığı bütün obrazlara sənətkar məsuliyyətilə yanaşan görkəmli kino və teatr aktyoru, Xalq artisti Əjdər Həmidovun (1953-2020) anadan olduğu gündür...
1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən Əjdər Həmidov təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Bu teatr səhnəsində M.F.Axundzadənin “Lənkəran xanının vəziri” (vəzir), S.S.Axundovun “Tamahkar” (Qulu), V.Səmədoğlunun “Bəxt üzüyü” (milis), Anarın “Adamın adamı” (Həfçi Məlik), N. Həsənzadənin “Bütün Şərq bilsin” (sərsəri), S.Qənizadənin “Dursunəli və ballıbadı” (Dursunəli) tamaşalarında çıxış edib.
Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib və bu sənət ocağında ifa etdiyi Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), I kafir (“Burla Xatun”,N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”,H.Orucov), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, (Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qürbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) kimi maraqlı rollarla geniş tamaşaçı sevgisini qazanıb.
Özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov milli kinomuza rejissor Cahangir Mehdiyevin quruluş verdiyi “Kişi sözü”(1987) filmində Qasım obrazı ilə gəlib. Hər rolun xarakterindən çıxış edərək təkrarsız sənətkar sözü deməyə müvəffəq olan Əjdər Həmidov “Gənc qadının kişisi”, “Lətifə”, “Girişmə, öldürər!”, “Mənim ağ şəhərim”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göz arasında”, “Hacı Qara”, “Milli bomba” filmlərində və “Yoxlama” çoxseriyalı televiziya filmində yaddaqalan obrazlar yaradıb.
Allah Rəhmət eləsin!
13:44 / 09 Noyabr 2026
57
13:21 / 09 Noyabr 2026
57
13:11 / 09 Noyabr 2026
108
12:57 / 09 Noyabr 2026
763
12:55 / 09 Noyabr 2026
87
12:40 / 09 Noyabr 2026
181
12:27 / 09 Noyabr 2026
118
12:15 / 09 Noyabr 2026
283
12:03 / 09 Noyabr 2026
1031
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
124
11:37 / 09 Noyabr 2026
269
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
110
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
379
11:05 / 09 Noyabr 2026
171
10:55 / 09 Noyabr 2026
231
10:51 / 09 Noyabr 2026
446
10:44 / 09 Noyabr 2026
205
10:38 / 09 Noyabr 2026
269
10:30 / 09 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.