Bakıda sıxlıq olan yollar açıqlanıb
04 Noyabr 2026, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
25.09.2026, 10:57
Vətəndaşların pensiya kapitalından vaxtından tez istifadə edə bilməsi məsələsi yenidən gündəmə gəlib. İqtisadçı, sabiq deputat Vahid Əhmədov bəzi vətəndaşların hesabında 50-60 min, hətta 100-200 min manat pensiya kapitalı toplandığını, lakin həmin vəsaitdən pensiya yaşına qədər istifadə imkanının olmadığını bildirib. O, kreditə alternativ olaraq pensiya kapitalının müəyyən hissəsindən vaxtından əvvəl istifadə hüququnun verilməsini təklif edib.
Bəs Milli Məclis bununla bağlı nə düşünür?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, hazırda bununla bağlı hər hansı bir layihə yoxdur:
“Düzdür, dünya təcrübəsinə, o cümlədən qardaş ölkələrin təcrübəsinə baxsaq, məsələn, Türkiyə və Qazaxıstanda bununla bağlı qaydalar var. Yəni müəyyən məbləğ fondda saxlanılır, həmin məbləğdən artıq qalan vəsait isə səhiyyə, təhsil, ipoteka ilə ev almaq və digər ehtiyaclara yönəldilir.
Bizdə isə hazırda pensiya hesabında toplanan vəsait 144 aya, yəni 12 ilə hesablanır. Başqa sözlə, bu vəsaitin 12 il ərzində ödənilməsi nəzərdə tutulur. İnsan 65 yaşında pensiyaya çıxırsa, yığılan vəsait yalnız 12 il ərzində həmin məbləğdən stabil, müəyyən edilmiş pensiyasını almasına imkan verir. 77 yaşını keçirsə, təbii ki, dövlət bunu hansısa şəkildə tənzimləməli və həmin vəsaiti yenə də həmin şəxsə ödəməlidir. Yəni vəsait pensiya fondunda qalsa belə, müəyyən mənada nəsillərarası dəstək prinsipi əsasında bölüşdürülür”.
Oxu: Nazirlikdən əlilliyə görə pensiyalarla bağlı AÇIQLAMA
Bakıda qadın dişindən öldüb? - VİDEO
Deputat bildirib ki, gənc nəsil yaşlı nəslin maddi təminatına dəstək olur və onların pensiyalarının ödənilməsinə töhfə verir:
“Ancaq xarici təcrübələrə baxmaq olar, çünki burada faydalı metodlar var. Fond üçün müəyyən limit də müəyyənləşdirmək olar. Yəni minimum limit olsun, hansı vəsait mütləq fonda, şəxsin hesabında qalmalıdır və hansı vəsaitin neçə faizi xərclənə bilər. “Xərclənə bilər” dedikdə, təbii ki, həmin vəsaiti pul şəklində götürmək olmaz. Ancaq dediyim kimi, Qazaxıstan təcrübəsində, Türkiyədə və digər ölkələrdə belə təcrübələr var”.
İqtisadçı Emin Qəribli deyib ki, Vahid Əhmədovun yanaşması obyektivdir:
“Amma burada başqa bir məsələ var. Vahid müəllimin öz yaşıdları arasında elə insanlar var ki, onların pensiya kapitalı formalaşmayıb. Onlar SSRİ dövründə yaşayıblar, amma bu gün yeni hökumət və mövcud imkanlar çərçivəsində onların pensiyaları ödənilir. İndiki məsələ ondan ibarətdir ki, Vahid müəllimin yaşıdlarının çoxunun pensiya kapitalı yoxdur. Ona görə də dövlət büdcədən bu resursları ödəyir. Sizin dediyiniz pensiya kapitalı isə daha çox hazırda formalaşan, 30-50 yaş arasında olan və pensiya yaşına yaxınlaşan insanlara aiddir”.
İqtisadçı bildirib ki, hazırda pensiya alan 60-70-80 yaşlı insanların böyük əksəriyyəti sovet dövründə çalışmış şəxslərdir və onların pensiya kapitalı yüksək deyil:
“Ola bilsin ki, bəzi insanlarda müəyyən pensiya kapitalı formalaşıb, amma əksəriyyətində belə kapital yoxdur və onların pensiyaları dövlət büdcəsi hesabına ödənilir. Belə deyək, müasir gənclər bu sistemə ödəniş edirlər. Ona görə də indi bəzi vətəndaşlarda pensiya kapitalı formalaşıbsa, müəyyən dərəcədə onların bundan istifadə etməsi məsələsini başa düşmək olar. Amma pensiya kapitalı formalaşmayan insanlarla bağlı necə olacaq? Təbii ki, məsələ belə qoyula bilməz. Hesab edirəm, bu məsələyə düzgün yanaşmaq lazımdır. Amma düşünürəm ki, hələ bunun vaxtı çatmayıb. Bir neçə ildən sonra məsələyə yenidən baxmaq olar”.
18:27 / 04 Noyabr 2026
38
18:21 / 04 Noyabr 2026
1
18:15 / 04 Noyabr 2026
40
18:14 / 04 Noyabr 2026
49
17:40 / 04 Noyabr 2026
75
17:13 / 04 Noyabr 2026
443
17:12 / 04 Noyabr 2026
99
17:02 / 04 Noyabr 2026
200
16:58 / 04 Noyabr 2026
84
16:54 / 04 Noyabr 2026
156
16:49 / 04 Noyabr 2026
89
16:34 / 04 Noyabr 2026
442
16:32 / 04 Noyabr 2026
96
16:22 / 04 Noyabr 2026
183
16:21 / 04 Noyabr 2026
122
16:20 / 04 Noyabr 2026
103
16:19 / 04 Noyabr 2026
109
16:13 / 04 Noyabr 2026
115
16:12 / 04 Noyabr 2026
205
16:10 / 04 Noyabr 2026
145
16:04 / 04 Noyabr 2026
157
16:03 / 04 Noyabr 2026
108
15:43 / 04 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.