Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1197
23.09.2026, 21:36
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ölkəmizdə yeni və müasir sənaye istiqamətinin yaradılması hansı üstünlükləri vəd edir?
Bunun iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına töhfəsi nədən ibarətdir?
Oxu24.com bildirir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bunun əsas iqtisadi əhəmiyyəti Azərbaycanın təbii resurslarını yalnız xammal kimi hasil edən ölkədən həmin resursları daha çox ölkə daxilində emal edən sənaye iqtisadiyyatına keçid imkanını genişləndirməsidir:
“Proqram üzrə 2027-2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur və bunun təxminən 80 faizinin büdcədənkənar mənbələr hesabına formalaşması planlaşdırılır. 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir. Əsas dəyişiklik ondan ibarət olacaq ki, dəmir filizi, qızıl, mis, sink, qurğuşun və alüminium üzrə hasilatdan sonrakı emal mərhələləri də ölkə daxilində genişləndiriləcək. Məsələn, Daşkəsən layihəsində dəmir filizinin hasilatı, zənginləşdirilməsi, pelet və isti briketləşdirilmiş dəmir istehsalını əhatə edən zəncir yaradılması planlaşdırılır. Alüminium istehsalında da gücün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur”.
İqtisadçı bildirib ki, proqramın iqtisadi effekti yalnız mədənlərdə yaradılacaq iş yerləri ilə məhdudlaşmayacaq:
“Burada 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, mədənlərin fəaliyyəti nəqliyyat, logistika, enerji, tikinti, avadanlıq, təmir, mühəndislik və digər xidmət sahələrinə əlavə tələbat yaradacaq. Yəni birbaşa məşğulluqdan əlavə, podratçı və təchizatçı şirkətlər üçün də yeni bazar formalaşa bilər. Xüsusilə regionlar üçün bunun əhəmiyyəti böyükdür. Dağ-mədən müəssisələri əsasən paytaxtdan kənarda yerləşdiyindən yeni istehsal zəncirlərinin yaradılması həmin ərazilərdə əmək bazarını və sahibkarlıq fəaliyyətini canlandıra bilər. Əgər mədən ətrafında emal müəssisələri, logistika infrastrukturu və xidmət biznesləri də inkişaf edərsə, iqtisadi aktivliyin regionlarda qalması daha çox mümkün olacaq”.
Ekspert qeyd edib ki, digər mühüm məsələ ixracın strukturudur:
“Filizi çıxarıb xaricə satmaqla onu ölkə daxilində emal edib metal, yarımfabrikat və hazır sənaye məhsuluna çevirmək arasında əlavə dəyər baxımından ciddi fərq var. Dövlət proqramının məntiqi də məhz filizdən son məhsula qədər dəyər zəncirinin mümkün qədər ölkə daxilində qurulmasına əsaslanır. Bu, gələcəkdə metallurgiya, maşınqayırma, tikinti materialları və digər sənaye sahələrinin inkişafı üçün yerli xammal bazasını genişləndirə bilər. Lakin burada əsas məsələ yalnız böyük investisiya qoyuluşu deyil, həmin investisiyaların davamlı iqtisadi effekt yaratmasıdır. Mədənçilik kapital tutumlu sahədir və dünya bazarında metal qiymətlərindən ciddi şəkildə asılıdır. Ona görə Azərbaycan üçün uzunmüddətli qazanc yalnız filiz hasilatının artırılması ilə deyil, emal dərinliyinin yüksəldilməsi, texnologiya və kadr bazasının formalaşdırılması, yerli təchizatçıların inkişafı və daha yüksək əlavə dəyərli məhsulların istehsalı ilə təmin oluna bilər. Başqa sözlə, bu proqramın əsl iqtisadi nəticəsi yeni mədənlərin açılması ilə ölçülməməlidir. Əsas nəticə ondan ibarət olmalıdır ki, Azərbaycanın mineral sərvətləri ölkə daxilində daha çox əlavə dəyər yaratsın, regionlarda yeni bizneslər və iş yerləri formalaşsın, qeyri-neft ixracı genişlənsin və metallurgiya gələcəkdə digər sənaye sahələrinin inkişafına baza yaratsın”.
00:30 / 14 Oktyabr 2026
1
00:28 / 14 Oktyabr 2026
14
00:11 / 14 Oktyabr 2026
48
00:09 / 14 Oktyabr 2026
46
23:55 / 13 Oktyabr 2026
86
23:55 / 13 Oktyabr 2026
47
23:55 / 13 Oktyabr 2026
55
23:54 / 13 Oktyabr 2026
53
23:43 / 13 Oktyabr 2026
54
23:41 / 13 Oktyabr 2026
76
23:33 / 13 Oktyabr 2026
60
23:24 / 13 Oktyabr 2026
313
23:15 / 13 Oktyabr 2026
133
23:02 / 13 Oktyabr 2026
192
22:57 / 13 Oktyabr 2026
88
22:49 / 13 Oktyabr 2026
165
22:47 / 13 Oktyabr 2026
104
22:43 / 13 Oktyabr 2026
87
22:25 / 13 Oktyabr 2026
598
22:19 / 13 Oktyabr 2026
397
22:18 / 13 Oktyabr 2026
90
22:10 / 13 Oktyabr 2026
307
22:02 / 13 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.