Noyabrda pensiya gözləyənlərə ŞAD XƏBƏR
02 Noyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
284
23.09.2026, 01:13
Əlicançay su anbarının tikintisi altına düşən torpaq sahələri mülkiyyətçilərinə dəyən zərər hesablanıb.
Oxu24.com-un Ölkə.az-a istinadən xəbərinə görə, qiymətləndirmə nəticəsində kompensasiya məbləği müəyyən olunub.
Dəyən zərərə görə ümumilikdə 471 min 811 manat ödənişin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qiymətləndirmənin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən “Açar Qiymətləndirmə Mərkəzi” MMC-yə həvalə olunub.
Xatırladaq ki, Əlicançay su anbarı Oğuz və Şəki rayonları ərazisində tikilir. Su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.
ADSEA su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.
Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.
Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq.
20:26 / 02 Noyabr 2026
17
20:23 / 02 Noyabr 2026
25
20:22 / 02 Noyabr 2026
1
20:16 / 02 Noyabr 2026
49
20:11 / 02 Noyabr 2026
41
20:00 / 02 Noyabr 2026
49
19:56 / 02 Noyabr 2026
73
19:55 / 02 Noyabr 2026
95
19:44 / 02 Noyabr 2026
81
19:33 / 02 Noyabr 2026
83
19:27 / 02 Noyabr 2026
288
19:16 / 02 Noyabr 2026
77
19:15 / 02 Noyabr 2026
112
19:09 / 02 Noyabr 2026
85
19:06 / 02 Noyabr 2026
81
19:00 / 02 Noyabr 2026
179
18:58 / 02 Noyabr 2026
88
18:48 / 02 Noyabr 2026
87
18:44 / 02 Noyabr 2026
252
18:33 / 02 Noyabr 2026
87
18:29 / 02 Noyabr 2026
1193
18:22 / 02 Noyabr 2026
101
18:12 / 02 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.