Bu kənddə 3 gündür İŞIQ YOXDUR
02 Noyabr 2026, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
22.09.2026, 12:58
Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilıib.
Məlumata görə, “Kristal Estetik” klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunması müəyyən olunub
Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi, həmin Məcəllənin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib
Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İXM-nin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.
20:16 / 02 Noyabr 2026
5
20:11 / 02 Noyabr 2026
7
20:00 / 02 Noyabr 2026
33
19:56 / 02 Noyabr 2026
56
19:55 / 02 Noyabr 2026
82
19:44 / 02 Noyabr 2026
69
19:33 / 02 Noyabr 2026
73
19:27 / 02 Noyabr 2026
248
19:16 / 02 Noyabr 2026
70
19:15 / 02 Noyabr 2026
104
19:09 / 02 Noyabr 2026
78
19:06 / 02 Noyabr 2026
74
19:00 / 02 Noyabr 2026
163
18:58 / 02 Noyabr 2026
80
18:48 / 02 Noyabr 2026
81
18:44 / 02 Noyabr 2026
232
18:33 / 02 Noyabr 2026
84
18:29 / 02 Noyabr 2026
1109
18:22 / 02 Noyabr 2026
97
18:12 / 02 Noyabr 2026
98
18:11 / 02 Noyabr 2026
77
18:10 / 02 Noyabr 2026
102
18:05 / 02 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.