Qaynar xətt:

(+99450) 247 90 86

Evdə özüm üçün belə bir dünya modeli icad etmişəm  —  Aqşin Yenisey yazır

Evdə özüm üçün belə bir dünya modeli icad etmişəm  —  Aqşin Yenisey yazır

CƏMİYYƏT

264

08.09.2026, 10:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsaqqallığı cəmiyyətə filosofluq kimi sırıyan fəlsəfə doktorlarımızdan və ağsaqqallığı filosofluq kimi anlayan cəmiyyətimizdən deyil, özlərinin fəlsəfi sistemlərini yaratmış filosoflardan ilham alaraq evdə özüm üçün belə bir dünya modeli icad etmişəm. 

1. Özü-özünü yaradan dünya. Səma, okeanlar, meşələr, əhliləşdirilməmiş heyvan və bitki aləmi bu dünyanı təmsil edir.

2. Tanrının yaratdığı dünya. Bu dünya antik çağı və Orta əsrləri əhatə edən bir dünyadır.

3. İnsanın yaratdığı dünya. Bu dünyaya renessansdan sonrakı  Avropa, Amerika və uzaq Şərq ölkələri aiddir.

4. Texnologiyaların yaradacağı dünya. Bu, insanın yaratdığı dünyadan doğulmaq üzrə olan gələcəyin dünyasıdır. 

Bu dörd dünya bir-biriylə müqayisə olunmayacaq dərəcədə fərqlidir. Özü-özünü yaradan dünya tanrının yaratdığı dünya ilə müqayisədə nə qədər ibtidaidirsə, tanrının yaratdığı dünya da insanın yaratdığı dünya ilə müqayisədə o dərəcədə ibtidaidir. İnsanın yaratdığı dünya da gələcəkdə texnologiyaların yaradacağı dünya ilə müqayisədə eyni dərəcədə ibtidai olacaq. 

Müsəlmanlar hələ ki, tanrının yaratdığı dünyada yaşayır və bu dünyadan da məmnundurlar. Onları tanrının yaratdığı dünyadan insanın yaratdığı dünyaya dəvət edən tək-tük həmvətənlərini də “milyonların inancına dil uzadır”, “dinimizi təhqir edir”, “allahı inkar edir” və s. bəhanələrlə təhdid və təhqir edib susdurmağa çalışırlar. 

Bu gedişlə müsəlman ölkələri tanrının yaratdığı dünyadan insanın yaratdığı dünyaya keçə bilməsə dünya xəritəsində Qahirənin ortasındakı iki, üç milyonluq əhalisi ilə qəbilə dövründə yaşayan “Ölü şəhər” kimi “ölü bir bölgə” olacaq. Çünki bu gün insanın yaratdığı dünya texnologiyaların yaradacağı dünyaya can atır. Müsəlman aləmi isə “tanrının yaratdığı dünyadan insanın yaratdığı dünyaya keçəkmi” sualını verənləri belə qəzəblə aşağılayır. 

Yox, əgər müsəlmanlar da yaşadıqları tanrının yaratdığı dünyanın qapılarını insanın yaratdığı dünyaya açsalar, ola bilsin ki, arxadan gəlib öndəkilərə çatsınlar. Yəni bir müsəlman renessansı ortaya çıxsın. Çünki bunun üçün İbn Rüşt, İbn Sina, əl-Fərabi, Əl-Xarəzmi, İbn Hayyan kimi alim və filosoflardan ibarət zəmin var. 

Amma burada çox həssas bir məsələ var. Biz müsəlman Şərqinin “itkin renessansını” yaratmış bu alim və filosofları islama bağlayırıq. Bu, coğrafi baxımdan doğrudur. Amma elmi, fəlsəfi baxımdan kökündən yanlış düşüncədir. Bu adamlar Quran oxuyub alim və filosof olmayıblar. Quran oxuyub Əl-Fərabi, İbn Sina olmaq mümkün olsaydı indi bütün müsəlman aləmi dolu olardı Əl-Fərabilərlə, İbn Sinalarla. 

Bu alim və filosoflar islamdan öncəki mədəniyyətlərin, konkret desək, yunan, sasani və suryani qaynaqlarını oxuyurdular. Hətta İbn Sinanın bəzi qaynaqlara görə, Samanoğulları ərazisindəki, bəzi qaynaqlara görə, Abbasi xəlifəsinə məxsus kitabxanadakı kitabları dörd il oxuduqdan sonra yandırdığı qeyd olunur. Guya, İbn Sina bu kitabxanadakı islamdan öncəki mənbələri oxuyub qeydlər götürdükdən sonra kitabxananı yandırıb ki, başqaları da oxuyub onu üstələməsinlər. Hətta bu yanğına görə onun məhkəməyə çəkildiyi də söylənilir. 

Bunları söylməkdə məqsədim budur anlayaq ki, Quran oxumaqla alim, filosof olmaq mümkün deyil, ya da müsəlmanları on dörd əsrdir qaldıqları yerdə saxlayacaq səviyyədə alim və filosof olmaq mümkündür. 

Hər şey bu səmimi etirafın edilib-edilməməsindən asılı olacaq.

 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

13:45 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

300

0
Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

13:35 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

702

0
Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

13:21 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

155

0
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

13:16 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

149

0
Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

152

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

749

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

134

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

129

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

770

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

159

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

153

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

134

0