Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
248
04.09.2026, 00:19
Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər.
Oxu24.com Milli.az-a istinadən xəbər verir ki, Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.
Araşdırma nəticəsində həftəsonu əlavə yatmağın hipertoniya ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə həftəsonu təxminən 2 saat əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqələndirildiyi bildirilib.
Fiziki cəhətdən hərəkətsiz iştirakçılarda isə daha nəzərəçarpan nəticə əldə olunub. Bu qrupda hipertoniya riski 6,9 faiz daha aşağı olub.
Alimlər müəyyən ediblər ki, əlavə 1 saat 27 dəqiqə yuxu yüksək qan təzyiqi ehtimalının 9 faiz azalması ilə əlaqəlidir. Lakin həftəsonu əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqələndirilib.
Tədqiqat müəlliflərindən doktor Nawton Lee bildirib ki, yuxu çatışmazlığı orqanizmə əlavə stress yaradır, ürək və damarların daha çox işləməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, həftəsonu bir qədər çox yatmaq orqanizmə bərpa olunmaq imkanı verə bilər.
Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin də yüksək təzyiqin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.
"British Journal of Sports Medicine" jurnalında dərc olunan başqa bir araşdırmada yüksək intensivlikli interval məşqləri, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərin qan təzyiqinin aşağı salınmasına kömək etdiyi müəyyən edilib.
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.