Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
336
03.09.2026, 16:41
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Bu barədə Oxu24.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer) plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
01:45 / 04 Noyabr 2026
99
01:07 / 04 Noyabr 2026
167
00:56 / 04 Noyabr 2026
197
00:38 / 04 Noyabr 2026
269
00:30 / 04 Noyabr 2026
142
00:29 / 04 Noyabr 2026
171
00:18 / 04 Noyabr 2026
224
00:11 / 04 Noyabr 2026
143
00:10 / 04 Noyabr 2026
246
23:58 / 03 Noyabr 2026
370
23:58 / 03 Noyabr 2026
3496
23:50 / 03 Noyabr 2026
193
23:40 / 03 Noyabr 2026
161
23:34 / 03 Noyabr 2026
216
23:04 / 03 Noyabr 2026
377
22:59 / 03 Noyabr 2026
120
22:52 / 03 Noyabr 2026
156
22:48 / 03 Noyabr 2026
124
22:45 / 03 Noyabr 2026
171
22:33 / 03 Noyabr 2026
162
22:30 / 03 Noyabr 2026
233
22:29 / 03 Noyabr 2026
274
22:25 / 03 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.