Bu 4 rayonda İŞIQ OLMAYACAQ
02 Noyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
328
03.09.2026, 13:39
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Bu addım Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi təşəbbüsü ilə həyata keçirilib. Qərar həkimlərin sosial müdafiəsi baxımından mühüm irəliləyiş hesab olunsa da, kadr siyasəti daxilində müəyyən suallar ortaya çıxarır. Xüsusilə Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında çalışan mütəxəssislərin bu artımdan kənarda qalıb-qalmaması məsələsi müzakirə mövzusudur. Səhiyyə sistemində disbalansın yaranmaması üçün bu qərarın icra mexanizminin necə olacağı böyük maraq doğurur.
Mövzu ilə bağlı mühüm məqamları səhiyyə eksperti Adil Qeybulla Oxu24.com-a şərh edib.
Ekspert bildirib ki, həkimlərin əməkhaqqının artırılması zəruri sosial müdafiə addımı olsa da, eyni səhiyyə sistemində fərqli şərtlərin tətbiqi adekvat görünmür:
"Eyni yurisdiksiyada və eyni səhiyyə sistemində həkimlərin bir qrupunun maaşının artırılması, digər qrupunun isə kənarda qalması paradoksal vəziyyət yaradır. Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarında kifayət qədər yüksək statuslu mütəxəssislər çalışır və onların da əməkhaqqı məsələsi tənzimlənməlidir”.
Ekspert hesab edir ki, bu qərar təkcə TƏBİB-i deyil, bütün respublikanı əhatə etməlidir. Əks halda Səhiyyə Nazirliyi ilə TƏBİB-ə tabe müəssisələr arasında anlaşılan olmayan ciddi fərqlər meydana gələcək.
Adil Qeybulla həmçinin vurğulayıb ki, kadrların xaricə və özəl sektora axınının qarşısını almaq, eləcə də regionlarda həkim çatışmazlığını həll etmək üçün daha əhatəli stimullaşdırıcı addımlar atılmalıdır:
“Həkimlərə “dövlət qulluqçusu” statusunun verilməsi onların əməyinə yüksək qiymətin göstəricisi olardı. Rayonlara gedəcək həkimlər üçün stajın xüsusi qaydada hesablanması, maaşların indeksasiyası, kommunal xərclərdə güzəştlər və digər sosial həvəsləndirmələr tətbiq edilməlidir”.
Yekunda ekspert qeyd edib ki, artımların real effektivliyi və kadr axınının qarşısını nə dərəcədə alacağı yaxın vaxtlarda bəlli olacaq. Bunun üçün qərarın icra mexanizminin tam şəkildə necə işləyəcəyini və aidiyyəti təlimatların necə tətbiq olunacağını gözləmək lazımdır.
Çimnaz Telmanqızı
22:25 / 02 Noyabr 2026
10
22:22 / 02 Noyabr 2026
25
22:18 / 02 Noyabr 2026
35
22:09 / 02 Noyabr 2026
40
22:08 / 02 Noyabr 2026
44
22:06 / 02 Noyabr 2026
91
21:43 / 02 Noyabr 2026
1184
21:39 / 02 Noyabr 2026
82
21:38 / 02 Noyabr 2026
44
21:30 / 02 Noyabr 2026
66
21:30 / 02 Noyabr 2026
96
21:19 / 02 Noyabr 2026
77
21:13 / 02 Noyabr 2026
75
21:13 / 02 Noyabr 2026
91
21:06 / 02 Noyabr 2026
194
21:01 / 02 Noyabr 2026
93
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
96
20:36 / 02 Noyabr 2026
182
20:34 / 02 Noyabr 2026
127
20:26 / 02 Noyabr 2026
1880
20:23 / 02 Noyabr 2026
106
20:22 / 02 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.