Aeroport şosesində yol-nəqliyyat hadisəsi olub, sıxlıq yaranıb
13 Oktyabr 2026, 08:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
02.09.2026, 22:34
"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir".
Oxu24.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır: "Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir".
O qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər: "Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır"./milli.az
08:54 / 13 Oktyabr 2026
1
08:43 / 13 Oktyabr 2026
124
03:05 / 13 Oktyabr 2026
900
01:20 / 13 Oktyabr 2026
162
00:44 / 13 Oktyabr 2026
1727
00:38 / 13 Oktyabr 2026
236
00:35 / 13 Oktyabr 2026
1569
00:33 / 13 Oktyabr 2026
173
00:13 / 13 Oktyabr 2026
223
00:08 / 13 Oktyabr 2026
503
00:07 / 13 Oktyabr 2026
312
00:05 / 13 Oktyabr 2026
257
23:56 / 12 Oktyabr 2026
134
23:49 / 12 Oktyabr 2026
293
23:46 / 12 Oktyabr 2026
1292
23:32 / 12 Oktyabr 2026
165
23:25 / 12 Oktyabr 2026
151
23:17 / 12 Oktyabr 2026
412
23:16 / 12 Oktyabr 2026
161
23:14 / 12 Oktyabr 2026
282
23:04 / 12 Oktyabr 2026
109
23:04 / 12 Oktyabr 2026
1558
23:01 / 12 Oktyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.