ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
266
02.09.2026, 10:50
Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz.
Oxu24.com xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV Beynəlxalq Mina Fəaliyyəti Konfransının açılışında deyib.
Vüqar Süleymanov bildirib ki, builki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir: "Ölkəmizin işğaldan azad edilmiş ərazilərində şəhərlərin bərpası tikinti işlərindən yox, ilk növbədə ərazilərin təhlükəsizliyinin təmin edilməsindən başlayır. Ailələr öz evinə qayıtmazdan əvvəl yaşayış məntəqəsi, ora aparan yollar, su və enerji xətləri, eləcə də həmin ərazinin ətrafındakı torpaqlar mina və digər partlayıcı sursat təhlükəsindən təmizlənməlidir. Məhz buna görə də humanitar minatəmizləmə bərpa prosesinin başlanğıc mərhələsini təşkil edir. Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır, eyni zamanda digər ölkələrin təcrübəsini öyrənmək üçün bu platformanı təşkil edir. Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Çirklənmiş ərazilərdən təhlükəsiz və dayanıqlı bərpaya keçidi təmin etmək üçün beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiyalar və güclü milli təşəbbüskarlıq zəruridir”.
Vüqar Süleymanov 2020-ci ilin noyabr ayından etibarən Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə təxminən 590 milyon ABŞ dolları vəsait ayrıldığını bildirib.
“Təəssüf ki, bu məbləğin yalnız təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin olunub, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb. Bu, dövlətimizin təhlükəsiz qayıdışın, yenidənqurma və bərpa prosesinin təmin edilməsinə sadiqliyini açıq şəkildə nümayiş etdirir”, - ANAMA rəhbəri qeyd edib.
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.