Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
31 Oktyabr 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
273
20.09.2026, 13:30
20 Sentyabrı yalnız antiterror əməliyyatının ildönümü kimi deyil, Prezident İlham Əliyevin dövlətçilik strategiyasının mühüm nəticəsi kimi də qiymətləndirmək olar.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu:
"Əməliyyat nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa edildi, uzun illər Azərbaycan ərazisində mövcud olmuş separatizmə və separatçı idarəçiliyə son qoyuldu. Bu tarixi nəticənin arxasında isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl dövlət siyasəti dayanırdı. İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan əvvəlcə iqtisadi və hərbi potensialını gücləndirdi, daha sonra 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Lakin dövlət başçısının müəyyən etdiyi strategiyanın əsas hədəflərindən biri Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması idi. 2023-cü ilin sentyabrında bu məqsəd də reallaşdı".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasi qərarı ilə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi və dövlət hakimiyyətinin bütün ərazidə bərpası təmin edildi:
"Prezidentin öz çıxışında da qeyd etdiyi kimi, əvvəlki addımların hər biri sonrakı mərhələnin məntiqi davamı olub. Bu prosesin siyasi nəticəsi separatçı qurumun fəaliyyətinin dayandırılması ilə də özünü göstərdi. Beləliklə, Azərbaycan ərazisində dövlət hakimiyyətinə alternativ qanunsuz idarəçilik modelinin mövcudluğu aradan qalxdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suveren hüquqlarını praktiki olaraq təmin etmiş oldu".
V.Qafarov əlavə edib ki, 2020-ci il Zəfərindən 2023-cü ilədək atılan ardıcıl addımlar nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra isə dövlət suverenliyini tam bərpa etdi:
"Bu, Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq və strateji məqsədlərinə çatmaq istiqamətində siyasi iradəsinin mühüm göstəricisidir. Bu gün əsas məsələ əldə edilmiş tarixi nəticələri qorumaq və onları davamlı inkişafla möhkəmləndirməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və həmin ərazilərin ölkənin vahid inkişaf məkanına inteqrasiyası Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin növbəti mərhələləridir. 20 Sentyabrın əsas mesajı odur ki, suverenlik yalnız bərpa edilən tarixi nailiyyət deyil, hər gün qorunmalı və gələcək nəsillərə daha güclü dövlət şəklində ötürülməli milli sərvətdir".
00:59 / 31 Oktyabr 2026
21
00:50 / 31 Oktyabr 2026
60
00:24 / 31 Oktyabr 2026
80
00:18 / 31 Oktyabr 2026
109
00:07 / 31 Oktyabr 2026
78
00:03 / 31 Oktyabr 2026
271
00:02 / 31 Oktyabr 2026
94
23:56 / 30 Oktyabr 2026
86
23:46 / 30 Oktyabr 2026
77
23:44 / 30 Oktyabr 2026
105
23:32 / 30 Oktyabr 2026
171
23:31 / 30 Oktyabr 2026
85
23:28 / 30 Oktyabr 2026
81
23:23 / 30 Oktyabr 2026
91
23:19 / 30 Oktyabr 2026
104
23:19 / 30 Oktyabr 2026
72
23:08 / 30 Oktyabr 2026
214
23:01 / 30 Oktyabr 2026
99
23:01 / 30 Oktyabr 2026
557
22:55 / 30 Oktyabr 2026
936
22:49 / 30 Oktyabr 2026
165
22:42 / 30 Oktyabr 2026
82
22:35 / 30 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.