Rusiyadan Gürcüstanla bağlı qadağa
10 Oktyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
235
20.09.2026, 10:33
Kreml rəhbəri Vladimir Putin bazar günü keçiriləcək seçkilərdə növbəti qələbəsini qazanacaq. Uzun müddətdir Rusiyanın hazırkı “əbədi lideri”ni dəstəkləyən Vahid Rusiya Partiyası yenidən parlamentin aşağı palatası olan Dövlət Dumasında çoxluq əldə edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”da qeyd olunub.
“Bu, Putinin dəyişməz olaraq qalib gəldiyi seçkilərdən ibarət, artıq dörddəbir əsrlik zəncirin növbəti halqası olacaq. Ukraynada dörd il yarımdır davam edən genişmiqyaslı müharibəyə və yüz minlərlə insanın həlak olmasına baxmayaraq, Putinin hakimiyyət üzərindəki nəzarəti əvvəlki kimi möhkəm olaraq qalır. Lakin 73 yaşlı keçmiş KQB rəhbəri əbədi yaşamayacaq.
Putinə hər seçki dövründə bir gün onu kimin əvəz edə biləcəyi barədə suallar verilib. Lakin o, öz ölkəsini və bütün dünyanı bilərəkdən bu məsələdə məlumatsız saxlayır. Onun yaratdığı hakimiyyət sistemi elə qurulub ki, əsas qərarları yalnız o qəbul edir. Bu isə heç kimin ona birbaşa meydan oxumaq üçün kifayət qədər güc toplamasına imkan vermir.
Lakin bu vəziyyət ölkəni açıq-aşkar varisdən də məhrum edir. Bunun əvəzinə Rusiyanı güc strukturlarını, ordunu və bir-biri ilə rəqabət aparan biznes elitalarını təmsil edən klanlar idarə edir.
Bəzi insanlar, xüsusilə müxalif mövqedə olanlar, Putindən sonrakı dövrü səbirsizliklə gözləsələr də, jurnalistlərin fikrincə, Putin istefa versə və ya vəzifədə olarkən vəfat etsə, onu əvəz edəcək şəxsin daha çox onun siyasi obrazına uyğun formalaşacağı ehtimal edilir. Yəni bu şəxs Putinin rəqiblərindən daha çox onun öz siyasi modelini davam etdirə bilər.
Bu profilə uyğun gələn ən azı yeddi əsas namizəd var: Mixal Mişustin, Aleksey Dyumin, Dmitri Patruşev, Boris Kovalçuk, Denis Manturov, Sergey Sobyanin və Sergey Kirienko”, - VP vurğulayıb.
22:35 / 10 Oktyabr 2026
1
22:28 / 10 Oktyabr 2026
24
22:06 / 10 Oktyabr 2026
42
21:36 / 10 Oktyabr 2026
712
21:20 / 10 Oktyabr 2026
200
21:10 / 10 Oktyabr 2026
81
21:02 / 10 Oktyabr 2026
135
20:50 / 10 Oktyabr 2026
99
20:37 / 10 Oktyabr 2026
77
20:26 / 10 Oktyabr 2026
110
20:04 / 10 Oktyabr 2026
119
19:53 / 10 Oktyabr 2026
177
19:42 / 10 Oktyabr 2026
390
19:32 / 10 Oktyabr 2026
104
19:25 / 10 Oktyabr 2026
191
19:16 / 10 Oktyabr 2026
414
19:01 / 10 Oktyabr 2026
247
18:48 / 10 Oktyabr 2026
194
18:31 / 10 Oktyabr 2026
93
18:21 / 10 Oktyabr 2026
95
18:09 / 10 Oktyabr 2026
93
17:42 / 10 Oktyabr 2026
141
17:34 / 10 Oktyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.