“Şəkərsiz” deyib aldadırlar! – Meyvə şirələrindəki gizli təhlükə ilə bağlı XƏBƏRDARLIQ
08 Sentyabr 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
222
29.08.2026, 19:17
Süni intellekt texnologiya sahəsi ilə yanaşı dövlət idarəçiliyinin də əsas istiqamətlərindən birinə çevrilir. Bir sıra ölkələr bu sahəyə cavabdeh ayrıca dövlət strukturları formalaşdırır, nazirliklərin fəaliyyət istiqamətlərini isə süni intellekti əhatə edəcək şəkildə genişləndirirlər. Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb. BƏƏ isə dünyada süni intellekt üzrə ayrıca hökumət portfeli formalaşdıran ilk ölkələrdən biri olub.
Ermənistan hökuməti də Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adının Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi ilə əvəzlənməsini təklif edib.
Bənzər nazilriyin Azərbaycanda yaradılması da maraq doğurur.
Oxu24.com bildirir ki, modern.az-a məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili ilə danışıb.
Deputat bildirib ki, hazırkı mərhələdə əsas məsələ yeni nazirliyin yaradılması deyil, süni intellekt üzrə mövcud institusional sistemin daha çevik, koordinasiyalı və nəticəyönümlü fəaliyyət göstərməsidir:
“Azərbaycanda hazırkı mərhələdə əsas məsələ yeni bir nazirliyin yaradılması deyil, süni intellekt üzrə formalaşan institusional sistemin daha çevik, koordinasiyalı və nəticəyönümlü işləməsidir. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, Milli Süni İntellekt Mərkəzinin fəaliyyəti, dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt üzrə məsul şəxslərin müəyyənləşdirilməsi göstərir ki, Azərbaycan artıq süni intellekt sahəsində strategiyadan institusional quruculuq mərhələsinə keçib. Bu, daha üst mərhələ sayılır”.
Tahir Mirkişili qeyd edib ki, süni intellekt bütövlükdə iqtisadiyyatın və dövlət idarəçiliyinin transformasiyasına təsir edən texnologiyadır:
“Burada süni intellekt ayrıca bir sahə kimi deyil, bütün iqtisadi və dövlət idarəçiliyi sistemini dəyişdirən horizontal texnologiya kimi qəbul edilir. Süni intellekt iqtisadiyyatdan səhiyyəyə, təhsildən energetikaya, nəqliyyatdan dövlət xidmətlərinə qədər bütün sahələrə daxil olur. Buna görə də onun idarə olunması yalnız bir nazirliyin çərçivəsində məhdudlaşdırıla bilməz. Bu gün qarşıda duran əsas məsələ süni intellektdən istifadə etmək deyil, süni intellekt istehsal edə biləcək və onu səmərəli tətbiq edə biləcək ekosistem yaratmaqdır. Bunun üçün Azərbaycan dili üzrə böyük dil modellərinin hazırlanması, milli məlumat bazalarının keyfiyyətinin artırılması, güclü hesablama infrastrukturu və GPU imkanlarının yaradılması, süni intellekt mütəxəssislərinin hazırlanması və yerli texnoloji şirkətlərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti tərəfindən imzalanmış strategiyada bu məsələlər öz əksini tapıb”.
Deputat hesab edir ki, gələcəkdə Milli Data və Süni İntellekt istiqamətində yeni institusional addımların atılması mümkündür:
“Perspektivdə düşünürəm ki, Milli Data və Süni İntellekt sahəsində standartları, data siyasətini, təhlükəsizlik və etik məsələləri, dövlət qurumlarında süni intellekt tətbiqlərinin qiymətləndirilməsini və milli hesablama infrastrukturunun yaradılmasını özündə ehtiva edəcək yeni addımlar atıla bilər. Azərbaycan süni intellekti yalnız dövlət xidmətlərinin optimallaşdırılması vasitəsi kimi deyil, yeni iqtisadi modelin ayrıca istiqaməti kimi görür. Ölkəmizin enerji imkanları, coğrafi mövqeyi, rəqəmsal infrastrukturu və regional bağlantıları böyük data mərkəzləri və süni intellekt hesablama xidmətlərinin inkişafı üçün ciddi üstünlük yaradır”.
T. Mirkişili Azərbaycanın gələcəkdə süni intellekt üzrə regional mərkəzə çevrilə biləcəyini vurğulayıb:
“Strateji hədəfimiz aydındır: Azərbaycan yalnız süni intellektdən istifadə edən ölkə deyil, süni intellekt həlləri, modelləri və hesablama xidmətləri istehsal, tətbiq və ixrac edən regional mərkəzə çevrilmək. Qarşıdakı illərdə əsas məsələ Azərbaycanın qlobal süni intellekt iqtisadiyyatında özünə hansı mövqeni müəyyənləşdirəcəyidir: “Azərbaycanın enerji, insan kapitalı, regional və qlobal əlaqələr, kommunikasiya, siyasi sabitlik kimi sahələrdə malik olduğu üstünlüklər bizə böyük uğurlar üçün geniş imkanlar yaradıb”.
13:57 / 08 Sentyabr 2026
1
13:45 / 08 Sentyabr 2026
83
13:45 / 08 Sentyabr 2026
21
13:15 / 08 Sentyabr 2026
44
13:12 / 08 Sentyabr 2026
36
13:05 / 08 Sentyabr 2026
48
13:04 / 08 Sentyabr 2026
54
12:58 / 08 Sentyabr 2026
184
12:52 / 08 Sentyabr 2026
50
12:45 / 08 Sentyabr 2026
47
12:37 / 08 Sentyabr 2026
527
12:35 / 08 Sentyabr 2026
55
12:25 / 08 Sentyabr 2026
218
12:25 / 08 Sentyabr 2026
56
12:15 / 08 Sentyabr 2026
61
12:14 / 08 Sentyabr 2026
58
12:10 / 08 Sentyabr 2026
60
12:05 / 08 Sentyabr 2026
59
12:00 / 08 Sentyabr 2026
61
11:45 / 08 Sentyabr 2026
67
11:32 / 08 Sentyabr 2026
750
11:30 / 08 Sentyabr 2026
64
11:28 / 08 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.