Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
25.08.2026, 21:47
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində ABŞ-nin Müdafiə Dil İnstitutu təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com -a verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb olunan hərbi qulluqçular iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər müasir dövrdə xarici dil biliklərinin hərbi qulluqçuların peşəkar hazırlığının mühüm istiqamətlərindən biri olduğunu bildirib, kurs iştirakçılarına uğurlar arzulayıblar. Bildirilib ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-nin Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək.
Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.