Sentyabr ayında pul içində üzəcək BÜRCLƏR
10 Sentyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
197
22.08.2026, 00:41
Yaşlı insanların immun sisteminin tədricən zəiflədiyi düşünülsə də, yeni araşdırma bunun bəzi 110 yaşdan yuxarı insanlarda əksinə ola biləcəyini göstərir. Alimlər müəyyən ediblər ki, superuzunömürlülərin orqanizmində sağlamlıq problemləri, o cümlədən xərçənglə mübarizə aparan xüsusi immun hüceyrələrinin səviyyəsi yüksəkdir.
Oxu24.com xəbər verir ki, Yaponiyanın Osaka Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələrini "New Scientist" yayıb.
Osaka Universitetinin əməkdaşı Kosuke Haşimoto bildirib ki, 100 ildən çox yaşayan insanların immun sistemi yaşla tamamilə zəifləmək əvəzinə, orqanizmin qarşılaşdığı yeni təhlükələrə uyğunlaşmaq qabiliyyətini qoruya bilər.
Alimlər əvvəlki araşdırmada CD4 sitotoksik T-limfositləri (CD4-CTL) adlanan T-hüceyrələrinin superuzunömürlülər üçün xarakterik göstərici olduğunu müəyyən etmişdilər. Yeni araşdırmada isə bu hüceyrələrin yaş artdıqca necə dəyişdiyi öyrənilib.
Tədqiqatda 70-99 yaş arası 8, 100-109 yaş arası 10 və 110 yaşdan yuxarı 10 nəfər iştirak edib. Tədqiqatçıların sözlərinə görə, iştirakçıların sayı az olsa da, Yaponiyada 110 yaşdan yuxarı cəmi 150-yə yaxın insanın yaşadığını nəzərə alsaq, 10 superuzunömürlünün əhəmiyyətli nümunə olduğunu söyləmək olar.
Qan analizləri göstərib ki, yaş artdıqca bütün T-hüceyrələri arasında CD4-CTL-lərin payı təxminən 4 faizdən 10 faizə, daha sonra isə ən yaşlı qrupda 17 faizdən yuxarı səviyyəyə yüksəlib.
Alimlər həmçinin müəyyən ediblər ki, bu immun hüceyrələr T-hüceyrələrinin "tükənməsi" əlamətlərini göstərmir. Başqa sözlə, onların xərçəng hüceyrələri və ya virusla yoluxmuş hüceyrələri məhv etmək qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləməyib.
Haşimoto hesab edir ki, CD4-CTL-lər çox yaşlı insanlarda xərçəngə qarşı immun nəzarətin təmin edilməsində mühüm rol oynaya bilər.
Yaşlandıqca immun sistemi daha çox problemlə qarşılaşır. Orqanizmdə xərçəngə çevrilə biləcək anormal hüceyrələr və yenidən aktivləşən viruslar daha çox ortaya çıxa bilər. Tədqiqatçılar hesab edirlər ki, CD4-CTL-lər bu təhlükələrə cavab olaraq çoxala bilər.
"Bu hüceyrələrin bəzi çox yaşlı insanlarda niyə çoxaldığını və hansı təhlükələri hədəf aldığını anlaya bilsək, gələcəkdə bu faydalı immun reaksiyanı digər insanlarda da yaratmağın yollarını tapa bilərik", deyə Haşimoto qeyd edib.
Araşdırma həmçinin əvvəlki müşahidələrlə üst-üstə düşür. İspaniyanın Barselona şəhərindəki Sant-Pau Tədqiqat İnstitutundan Manəl Estelyer 2024-cü ildə 117 yaş 168 günündə vəfat edən Mariya Branyas Moreranın immun sistemini ətraflı araşdırmışdı. O, ölümünədək dünyanın ən yaşlı qadını hesab olunurdu.
Estelyerin sözlərinə görə, 100 ildən çox yaşayan insanların immun sistemində müxtəlif təhlükələrə, o cümlədən ehtimal ki, xərçəng hüceyrələrinə qarşı mübarizə aparan immun hüceyrələrinin zənginləşmiş dəsti ola bilər.
"Mariya çoxsaylı infeksiyalar keçirmişdi, lakin onların hamısından qoruna bilmişdi. O, İspaniyada COVID-19-a yoluxduğu məlum olan ən yaşlı insan idi və xəstəliyi simptomsuz keçirmişdi", deyə Estelyer bildirib.(qaynarinfo)
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.