Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1687
az

Qəbul imtahanının sualları satılıb? – “Kimdir o müəllim?”

23:2012 May, 2018
1537
CƏMİYYƏT
  • A
 “Nə “bunker” müəllim, nə də kompüterdən sualı çıxaran adam belə qəbul imtahanına hansı sualların düşəcəyini bilə bilməz”.

Oxu24.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzinin tarix üzrə seminarının sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, şagird və valideynlər sualları “bunker” adıyla şagirdlərə pulla satan müəllimlərə qətiyyən inanmasınlar:

“Tarix fənni üzrə ekspert mənəm. Kiminsə hansı fənndən hansı sualın düşəcəyini deməsi mümkün deyil. Test bankında 35 mindən çox test var. Heç bir müəllim 35 min testi əzbərləyib uşaqlara yazdıra bilməz. Bu, mümkün deyil və deyilənlər açıq -aşkar böhtandır. Kimdir o “bunker” müəllim?

Birincisi, o adamların “bunker”anlayışından xəbərləri yoxdur. Bunkerə girən müəllimlərin belə suallardan xəbəri olmur. Kənarda qalan adam hardan bilə bilər ki, ora hansı sual düşəcək?”

Ekspert “bunker” anlayışının nə olduğunu da izah edib:

“Hər fənn üzrə 3 müəllim gedir. Bu müəllim sualları tərtib etmirlər! Suallar əvvəlcədən test bankında çap olunur. Bir qismi isə təbii olaraq gizli saxlanılır. Amma əksər hissəsi çap olunur. Bir çox hallarda bir nəfər rus, bir nəfər Azərbaycan bölməsi üzrə, fənnin ağırlığı nəzərə alınaraq göndərilir. Bu adamlar ora gedəndə hər biri ikirəqəmli ədəd deyir. Bu ədədlər əsasında da kompüterdən suallar avtomatik çıxır. O sualları çıxardan adam da belə hansı sualların olduğunu bilmir. Suallar müxtəlif rəqəmlər əsasında çıxarılır. Deyilənlərin hamısı şayiədir. Valideynlər və abituriyentlər bunlara inanmasınlar!

Abituriyentlərə uğurlar arzu edirəm. Onlar bizim gələcəyimizdir. Hər kəs haqq etdiyini qazanacaq. Dövlət İmtahan Mərkəzi şəffaf qurumdur. Gəlib seminarlarımızda da iştirak edə bilərlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi kursların və müəllimlərin şagirdlərə qəbul imtahanına düşən sualları ödəniş müqabilində satmasına dair məlumatlar paylaşılıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bazar gününün havası açıqlandı
33 ilin direktoru işdən azad edildi
Avtomobil yük maşını ilə toqquşdu: ölən var

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi