Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
13.08.2026, 17:20
I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə builki müsabiqə vəziyyəti və keçid balları ilə bağlı proqnozlar açıqlanıb.
"Unikal" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin canlı yayımda bildirdiyinə görə, RK altqrupunda 600 və daha yuxarı keçid balı formalaşmış ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir. 500–600 bal intervalında yerləşən ixtisaslarda ötənilki keçid ballarının əsasən qorunacağı, 400–500 bal intervalında isə keçid ballarının təxminən 10 bal azalacağı proqnozlaşdırılır. 300–400 bal intervalında ciddi dəyişiklik gözlənilməsə də, 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 10 bal artacağı ehtimal edilir. Bu artım əsasən regional və özəl ali təhsil müəssisələrində müşahidə olunacaq. RK altqrupunda dövlət sifarişi üzrə yerlərə qəbul olmaq istəyən və 220 baldan yuxarı nəticə göstərən abituriyentlərin dövlət sifarişi ilə qəbul şansı yüksəkdir.
DİM rəhbəri bildirib ki, Rİ altqrupunda 600 və daha yuxarı bal toplayan 569 nəfər var. Bu göstəriciyə əsasən, ötən il 600 baldan yuxarı keçid balı formalaşan ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal, 500–600 bal intervalında isə 20 bal aşağı düşəcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarında 5 baladək azalma, 300–400 və 200–300 bal intervallarında isə bəzi ixtisaslar üzrə 50 baladək artım ehtimal olunur.
Məleykə Abbaszadə əlavə edib ki, Rİ altqrupunda bu il ilk dəfə bəzi ixtisasların müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə isə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər. Bununla belə, həmin ixtisaslarda keçid ballarının 150 bala qədər enəcəyi gözlənilmir və qəbul əsasən ümumi balı 200-dən yuxarı olan abituriyentlər arasında aparılacaq. O, həmçinin bu il Rİ altqrupu üzrə subbakalavrların qəbul sayının azalacağını gözlədiklərini bildirib.
DİM sədri xatırladıb ki, I ixtisas qrupu üzrə plan yerlərinin 75 faizi dövlət sifarişi əsasında ayrılıb və müsabiqəyə buraxılan abituriyentlər düzgün ixtisas seçimi etdikləri təqdirdə qəbul olmaq imkanları yüksəkdir.
01:45 / 04 Noyabr 2026
99
01:07 / 04 Noyabr 2026
167
00:56 / 04 Noyabr 2026
197
00:38 / 04 Noyabr 2026
269
00:30 / 04 Noyabr 2026
142
00:29 / 04 Noyabr 2026
171
00:18 / 04 Noyabr 2026
224
00:11 / 04 Noyabr 2026
143
00:10 / 04 Noyabr 2026
246
23:58 / 03 Noyabr 2026
370
23:58 / 03 Noyabr 2026
3496
23:50 / 03 Noyabr 2026
193
23:40 / 03 Noyabr 2026
161
23:34 / 03 Noyabr 2026
216
23:04 / 03 Noyabr 2026
377
22:59 / 03 Noyabr 2026
120
22:52 / 03 Noyabr 2026
156
22:48 / 03 Noyabr 2026
124
22:45 / 03 Noyabr 2026
171
22:33 / 03 Noyabr 2026
162
22:30 / 03 Noyabr 2026
233
22:29 / 03 Noyabr 2026
274
22:25 / 03 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.