Yerdənkənar həyatın yarana biləcəyi sahə aşkar edildi
04 Oktyabr 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
822
05.08.2026, 15:00
Bakı Metropoliteninin inkişaf strategiyasının əsas mərhələlərindən biri olan Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə 15 avqust 2026-cı il tarixindən başlanılması nəzərdə tutulur.
Layihə çərçivəsində "Nizami"–"28 May" arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək.
Əvəzində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni metro tuneli inşa ediləcək. Tikinti işlərinin təxminən 10 ay müddətində başa çatdırılması planlaşdırılır. Bu müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq "Nizami" stansiyasına qədər təşkil olunacaq.
Tikinti dövründə gözlənilən əsas çətinliklərə gəlincə, tikinti müddətində Qırmızı və Yaşıl xətlər arasında birbaşa metro əlaqəsi müvəqqəti olaraq dayandırılacaq. Nəticədə sərnişinlərin xəttlərarası keçid imkanı məhdudlaşacaq ki, bu səfər marşrutlarında dəyişikliklər və müəyyən nəqliyyat çətinlikləri yaradacaq.
Risklərin minimuma endirilməsi məqsədilə M1–M6 indeksli 6 müvəqqəti ekspres avtobus marşrutu təşkil ediləcək və həmin marşrutlara ümumilikdə 87 avtobus cəlb olunacaq. Eyni zamanda mövcud müntəzəm avtobus marşrutlarına 97 əlavə avtobus xəttə buraxılacaq. Sərnişinlərin səfərlərinin mövcud metro xətləri və ya birbaşa alternativ yerüstü ictimai nəqliyyat vasitələri ilə təşkil edilməsi nəzərdə tutulur.
Tikinti dövründə sərnişinlərin gündəlik səfərlərində yaranacaq dəyişikliklərin və müvəqqəti çətinliklərin minimuma endirilməsi məqsədilə müvəqqəti hərəkət sxemi və alternativ marşrutlar barədə intensiv məlumatlar yayılacaq.
Onu da əlavə edək ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi geniş yayılmış praktikadır, dünyanın bütün ölkələrində həyata keçirilir və insanların rahatlığını təmin etmək məqsədi güdür.
Layihənin əsas nəticələrindən biri odur ki, Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Bir xəttdə baş verən nasazlıq və ya gecikmə digər xəttin hərəkətinə təsir etməyəcək. "28 May" stansiyasında platforma yüklənməsi və sərnişin sıxlığı əhəmiyyətli dərəcədə azalacaq. Yaşıl xətt üzrə "Cəfər Cabbarlı–Xətai" sahəsində qatarların hərəkət intervalı 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyədək azalacaq. Növbəti mərhələlərdə hər iki xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək azaldılması üçün texniki imkan yaradılacaq.
Nəticə etibarilə, layihənin icrası tikinti dövründə müəyyən müvəqqəti çətinliklər yaratsa da, Bakı Metropoliteninin gələcək inkişafını təmin edəcək əsas infrastruktur məhdudiyyətini aradan qaldıracaq və şəhərin artan nəqliyyat tələbatına uyğun dayanıqlı metro şəbəkəsinin formalaşdırılmasına imkan verəcək.
Göründüyü kimi, müvəqqəti xarakter daşıyan çətinlik qarşıdan gələn uzun illər Bakı metrosunun daha təkmil formada və insanların istəklərinə uyğun fəaliyyətini hədəfləyib. Buna görə də hazırkı çətinliyə dözümlü yanaşmaq tövsiyə olunur.
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.