Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək: Təhlükəsizlik üçün ölkədə nə dəyişməlidir?
04 Avqust 2026, 12:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
04.08.2026, 11:35
Son günlər Qarabağ Universitetində bütün ixtisaslar üzrə minimum 350 bal tələbinin tətbiq olunacağı ilə bağlı müzakirələr ölkə ictimaiyyətinin və abituriyentlərin diqqət mərkəzindədir. Bu addım ali təhsil müəssisələrinin tələbə seçimində daha fəal mövqe tutmasının göstəricisi kimi qiymətləndirilir. Bir çox mütəxəssislər hesab edirlər ki, vahid yüksək bal həddinin müəyyənləşdirilməsi təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsinə birbaşa təsir göstərəcək. Eyni zamanda, bu qərarın ölkənin digər universitetləri arasında sağlam rəqabəti gücləndirəcəyi də vurğulanır. Ali təhsil sistemində standartların yüksəldilməsi fonunda Qarabağ Universitetinin bu təşəbbüsü böyük maraqla qarşılanır. Yeni modelin ölkənin ali təhsil mühitinə uzunmüddətli təsirləri və yaratdığı imkanlar isə geniş təhlil olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər bir universitet tələbə seçimində fəal iştirak etməyi və öz mühitini formalaşdırmağı bacarmalıdır.
"Qarabağ Universiteti Azərbaycan təhsil modelinə uğurlu bir təcrübə gətirib"
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan qrupları üzrə müəyyən çərçivələr təqdim etsə də, universitetlərin böyük əksəriyyəti öncədən təşəbbüs göstərmədən prosesin nəticəsini gözləməyə üstünlük verir:
"Azərbaycanda Bakı Ali Neft Məktəbi, ADA Universiteti və indi də Qarabağ Universitetini çıxmaq şartilə, təəssüf ki, rektorların əksəriyyəti belə xüsusi cəlbetmə kampaniyalarına qoşulmurlar. Lakin Qarabağ Universiteti Azərbaycan modeli üçün çox yaxşı və nümunəvi bir təcrübə ortaya qoydu. Universitetin rəhbərliyi gəncdir, enerjilidir və böyük təbliğat şəbəkəsi qurub. Məqsəd az bir vaxtda bu ali məktəbi ölkənin öncül təhsil ocaqlarından birinə çevirməkdir”.
Məzahir Məmmədli vurğulayıb ki, universitetin tətbiq etdiyi fərdi yanaşma abituriyentlərdə gələcək mütəxəssis kimi formalaşacaqlarına böyük inam yaradır:
"Rektor ən yüksək bal toplayan tələbələrlə fərdi görüşlər keçirir, onları universitetə dəvət edir, 'Açıq qapı' günləri təşkil edir. Valideynləri və abituriyentləri maddi-texniki baza, kampuslar, yaratdıqları şərait və tədris prosesi ilə yaxından tanış edirlər. Nəticədə gənclərdə 'burada təhsil alsam, gələcəkdə hansı səviyyəli mütəxəssis olacağam' sualına aydın təsəvvür yaranır”.
Ekspert qeyd edib ki, Qarabağ Universitetində artıq peşəkar müəllim heyəti formalaşıb və aparılan fəal təbliğat nəticəsində keçid balının 350-dən yuxarı olacağı gözlənilir:
"Bu addım digər ali məktəblər üçün də bir siqnal olmalıdır. Bu yaxınlarda Bakı Qızlar Universitetinin akkreditasiya standartlarına cavab vermədiyinə görə bağlanması göstərdi ki, kadr potensialı və tədris keyfiyyəti zəif olan digər universitetləri də oxşar tale gözləyə bilər. Təhsil müəssisələri artıq öz müəllim heyəti və reytinqləri haqqında ciddi düşünməyə məcburdurlar. Qarabağ Universitetinin tutduğu bu yol universitelər arasında rəqabətliliyi artıracaq və ümumilikdə ölkə təhsilinin faydasına olacaq”,- deyə Məzahir Məmmədli fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
12:47 / 04 Avqust 2026
26
12:45 / 04 Avqust 2026
33
12:40 / 04 Avqust 2026
37
12:24 / 04 Avqust 2026
51
12:08 / 04 Avqust 2026
68
11:58 / 04 Avqust 2026
80
11:50 / 04 Avqust 2026
59
11:47 / 04 Avqust 2026
61
11:34 / 04 Avqust 2026
495
11:25 / 04 Avqust 2026
60
11:14 / 04 Avqust 2026
145
11:13 / 04 Avqust 2026
61
11:03 / 04 Avqust 2026
79
11:00 / 04 Avqust 2026
89
10:58 / 04 Avqust 2026
394
10:50 / 04 Avqust 2026
236
10:47 / 04 Avqust 2026
63
10:35 / 04 Avqust 2026
71
10:22 / 04 Avqust 2026
94
10:19 / 04 Avqust 2026
79
10:03 / 04 Avqust 2026
83
10:01 / 04 Avqust 2026
91
09:55 / 04 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.