İki gündən sonra ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu bayramda insanları maraqlandıran məsələlərdən biri də qurbanlıq ətdən hazırlanan yeməklərin növüdür. Məsələn, bəzilərinə görə qurbanlıq ətdən kabab çəkmək doğru deyil. Lakin bunun əksini düşünənlər də var.
Görəsən, qurbanlıq ətdən kabab çəkmək olarmı?
İlahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, qurbanlıq ətdən istənilən yeməyi bişirmək olar:
“Qurban ətindən kabab çəkilməməsi ilə bağlı hansısa qadağa yoxdur. Qurban ətindən istəyə uyğun müxtəlif cür yeməklər hazırlamaq olar. Bir şərtlə, bu yeməklər spirtli içki ilə yeyilməsin. Bu, yolverilməz və günahdır. Bir neçə il öncə insanlar qurban əti ilə spirtli içki qəbul edirdilər. Lakin bu davranış haramdır və böyük günahlardan biridir. Qurban ətindən kabab etmək o halda doğru olmaz ki, bu yeməyin iyi ac olan qonşunun evinə getsin və paydan qonşuya verilməsin”. Oxu24.com
ŞƏRHLƏR