İyulun 19-20-si ilə bağlı XƏBƏRDARLIQ
18 İyul 2026, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
18.07.2026, 13:25
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib.
Oxu24.com xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.
İyunun 25-dən açılan ekspozisiyada ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam CHINGIZ-in müasir bədii axtarışlarını əks etdirən işləri, multidissiplinar rəssam Mədinə Qasımovanın material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığı təqdim olunub.
Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.
Azərbaycanın ən mühüm bədii irs nümunələrindən olan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin mədəni irs haqqında dolğun və yaddaqalan təəssürat yaradır.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstan Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iyulun 26-dək davam edəcək.





13:55 / 18 İyul 2026
56
13:32 / 18 İyul 2026
285
13:22 / 18 İyul 2026
77
13:21 / 18 İyul 2026
56
13:10 / 18 İyul 2026
63
12:58 / 18 İyul 2026
62
12:45 / 18 İyul 2026
79
12:44 / 18 İyul 2026
388
12:37 / 18 İyul 2026
63
12:25 / 18 İyul 2026
67
12:05 / 18 İyul 2026
74
11:45 / 18 İyul 2026
85
11:27 / 18 İyul 2026
176
11:20 / 18 İyul 2026
66
11:16 / 18 İyul 2026
774
11:08 / 18 İyul 2026
75
10:44 / 18 İyul 2026
1202
10:37 / 18 İyul 2026
79
10:23 / 18 İyul 2026
81
09:58 / 18 İyul 2026
782
09:36 / 18 İyul 2026
72
09:20 / 18 İyul 2026
101
09:08 / 18 İyul 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.