Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16621
az

Əlilliyi olan şəxslər üçün mühüm addım atılır

10:5110 Avqust, 2019
439
CƏMİYYƏT
  • A
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Reabilitasiya” altsistemi yaradılır. Altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında elektron formada məlumat mübadiləsinə şərait yaradacaq.

Nazirlikdən verilən məlumata görə, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin elektron qaydada, şəffaf və obyektiv aparılmasına, bu sahəyə nəzarətin operativ və təkmil qurulmasına imkan verəcək.

Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri və onun nəticələri də "Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində həmin məlumatlar əsasında onların müvafiq qərar verməsi mümkün olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lavrov ELAN ETDİ: Türkiyə bu məsələni müzakirə etməyə hazırdır, 4 ölkə isə...
Vətən müharibəsi şəhidinin anası vəfat etdi -FOTO
Bu gün növbədənkənar parlament seçkiləridir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var