Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16541
az

Sənəd qəbulu başladı - Nəticələr bu tarixdə BƏLLİ OLACAQ

12:5807 Avqust, 2019
802
CƏMİYYƏT
  • A
“Avqustun 5-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilib”.

Oxu24.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert vurğulayıb ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla, müsabiqə yolu ilə həyata keçirilir:

“Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində "ASAN xidmət" mərkəzlərində təşkil ediləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır”.

Qeyd edək ki, nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı