Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə qaz kəsildi

2019-08/1565162875_qaz.jpg

CƏMİYYƏT

720

07.08.2019, 11:27

\"\" Bu gün Qaz İxrac İdarəsinin balansında olan \"Azadkənd-İmişli\" magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.
\"Azəriqaz\" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər \"Dondarquşçu\" Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.