Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar açıqlandı
29 İyun 2026, 15:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
72
29.06.2026, 14:00
Valideynlərlə eyni evdə yaşamaq bəzən müxtəlif ailədaxili mübahisələrə səbəb olur. Xüsusilə də övlad evdən ayrıldıqdan sonra həmin mənzildə hüquqlarının nədən ibarət olduğu ilə bağlı suallar yaranır.
Oxu24.com-a açıqlama verən hüquqşünas Rövşən Mərəndski bildirib ki, vətəndaşlar çox vaxt “payımı tələb edə bilərəmmi?” sualını versələr də, hüquqi baxımdan burada söhbət pay hüququndan deyil, istifadə hüququndan gedir.
Onun sözlərinə görə, bir şəxsin hər hansı evdə qeydiyyatda olması və həmin evdə doğulub boya-başa çatması avtomatik olaraq ona mülkiyyət payı vermir:“İnsanlar arasında ən çox rast gəlinən yanlış anlayışlardan biri də məhz budur. Vətəndaş düşünür ki, illərlə yaşadığı və qeydiyyatda olduğu evdə mütləq şəkildə mülkiyyət payına sahibdir. Əslində isə hüquqi baxımdan bu, tamamilə fərqli məsələdir. Əgər həmin şəxs evin rəsmi mülkiyyətçisi deyilsə və ya ümumi paylı mülkiyyət hüququna malik deyilsə, o zaman söhbət pay tələb etməkdən yox, istifadə hüququnun həyata keçirilməsindən gedə bilər.”
Hüquqşünas qeyd edib ki, valideynlərlə münasibətlərin pozulması və evdən ayrılmaq şəxsin həmin mənzildən istifadə hüququnu avtomatik şəkildə aradan qaldırmır:“Məsələn, şəxs həmin evdə doğulub, uzun illər orada yaşayıb və hazırda da qeydiyyatda qalırsa, o, məhkəmə qaydasında həmin mənzilə köçürülməsini və istifadə qaydasının müəyyən edilməsini tələb edə bilər. Bu, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan biridir.”
Rövşən Mərəndski bildirib ki, məhkəmələr belə mübahisələr zamanı yaşayış sahəsinin istifadə qaydasını müəyyən etmək səlahiyyətinə malikdir:“Əgər ev bir neçə otaqdan ibarətdirsə və tərəflərin birlikdə yaşaması mümkündürsə, məhkəmə konkret olaraq hansı otağın kim tərəfindən istifadə ediləcəyini müəyyən edə bilər. Məsələn, üç otaqlı evdə sağ tərəfdə yerləşən otağın bir şəxsə, digər otağın isə başqa ailə üzvünə verilməsi barədə qərar qəbul oluna bilər. Burada məqsəd insanların yaşayış hüququnun təmin olunmasıdır.”
Hüquqşünas vurğulayıb ki, vətəndaşlar bəzən “payımı ayırmaq istəyirəm” ifadəsini işlətsələr də, bu anlayış hüquqi baxımdan fərqli məna daşıyır:“Payın ayrılması yalnız ümumi paylı mülkiyyət münasibətlərində mümkündür. Əgər şəxs evin hüquqi sahibi və ya paylı mülkiyyətçisi deyilsə, o, evin bölünməsini və ya özünə ayrıca mülkiyyət hissəsinin verilməsini tələb edə bilməz. Belə hallarda yalnız istifadə hüququnun bərpası və ya həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı iddia qaldırıla bilər.”
Rövşən Mərəndski qeyd edib ki, bəzi hallarda ailə üzvləri bir-birinin mənzildən istifadəsinə süni maneələr yaradırlar:“Təəssüf ki, praktikada tez-tez rast gəlinən hallardan biri də odur ki, evdə yaşayan şəxs qapının açarını dəyişir, qıfılları yeniləyir və digər ailə üzvünün mənzilə daxil olmasına imkan vermir. Əgər vətəndaş həmin evdə qeydiyyatdadırsa və onun yaşayış hüququ mövcuddursa, belə hərəkətlər qanunsuz hesab edilə bilər.”
Hüquqşünasın sözlərinə görə, belə vəziyyətlərdə məhkəməyə müraciət etmək mümkündür:“Şəxs məhkəmə qarşısında istifadə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə tələb irəli sürə bilər. Məhkəmə qərarı ilə ona mənzilə daxil olmaq, orada yaşamaq və hüquqlarından istifadə etmək imkanı təmin oluna bilər. Bu, mülkiyyət payı əldə etmək demək deyil, sadəcə mövcud yaşayış hüququnun qorunmasıdır.”
Rövşən Mərəndski vətəndaşlara hüquqi terminləri düzgün başa düşməyin vacibliyini də xatırladıb:“‘Payımı istəyirəm’ ifadəsi hüquqi baxımdan hər zaman düzgün deyil. Əvvəlcə müəyyənləşdirilməlidir ki, şəxs həmin əmlakın mülkiyyətçisidirmi, yoxsa sadəcə istifadə hüququna malikdir. Bu iki anlayış bir-birindən tamamilə fərqlənir və onların hüquqi nəticələri də ayrı-ayrıdır.”
Hüquqşünas sonda qeyd edib ki, ailədaxili mübahisələr məhkəməyə daşınmazdan əvvəl tərəflərin qarşılıqlı anlaşma yolu ilə həll olunması daha məqsədəuyğundur. Lakin hüquqların kobud şəkildə pozulduğu hallarda vətəndaşlar qanunun onlara verdiyi müdafiə vasitələrindən istifadə etməkdən çəkinməməlidirlər.
Nigar
15:40 / 29 İyun 2026
6
15:40 / 29 İyun 2026
8
15:35 / 29 İyun 2026
10
15:20 / 29 İyun 2026
44
15:17 / 29 İyun 2026
156
15:05 / 29 İyun 2026
59
15:01 / 29 İyun 2026
349
14:58 / 29 İyun 2026
511
14:50 / 29 İyun 2026
53
14:37 / 29 İyun 2026
73
14:32 / 29 İyun 2026
147
13:47 / 29 İyun 2026
96
13:31 / 29 İyun 2026
151
13:20 / 29 İyun 2026
476
13:12 / 29 İyun 2026
139
13:06 / 29 İyun 2026
97
12:54 / 29 İyun 2026
866
12:51 / 29 İyun 2026
88
12:43 / 29 İyun 2026
802
12:39 / 29 İyun 2026
83
12:37 / 29 İyun 2026
326
12:06 / 29 İyun 2026
77
12:01 / 29 İyun 2026
408
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.