Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
30 Oktyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
307
19.09.2026, 23:13
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi:
- Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.
Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra - hıçqıra:
- Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.
Üzeyir bəy təəccüblə soruşdu:
- Niyə, qızım?
- Çünki evdə pianom yoxdur.
- Eybi yoxdur, qızım. Ümidini itirmə.
Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi:
- Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma.
Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşıladı:
- Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, "nə məsələdir", - soruşdum, heç nə söyləmədilər.
Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi.
Allah hər iki şəxsiyyətə rəhmət eləsin!
13:05 / 30 Oktyabr 2026
1
13:05 / 30 Oktyabr 2026
4
12:50 / 30 Oktyabr 2026
41
12:45 / 30 Oktyabr 2026
475
12:42 / 30 Oktyabr 2026
77
12:25 / 30 Oktyabr 2026
68
12:25 / 30 Oktyabr 2026
52
12:21 / 30 Oktyabr 2026
205
12:15 / 30 Oktyabr 2026
135
11:55 / 30 Oktyabr 2026
91
11:45 / 30 Oktyabr 2026
119
11:35 / 30 Oktyabr 2026
71
11:28 / 30 Oktyabr 2026
135
11:27 / 30 Oktyabr 2026
372
11:25 / 30 Oktyabr 2026
59
11:18 / 30 Oktyabr 2026
79
11:13 / 30 Oktyabr 2026
90
11:10 / 30 Oktyabr 2026
135
11:05 / 30 Oktyabr 2026
460
11:02 / 30 Oktyabr 2026
107
10:56 / 30 Oktyabr 2026
103
10:52 / 30 Oktyabr 2026
83
10:43 / 30 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.