Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu
10 Oktyabr 2026, 02:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
244
19.09.2026, 23:48
Böyük Məmməd oğlu Ağayev 1907-ci ildə Şuşada doğulub.14 yaşında Şuşa Müəllimlər Seminariyasına daxil olub və 5 ildən sonra Şamaxı qəzasının kənd məktəblərindən birində müəllimlik fəaliyyətinə başlayıb.Sonralar o, Şirvan dairə xalq maarif şöbəsinin müfəttişi, Qutqaşen rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində işləyib.Elə həmin illərdə qiyabi şəkildə ali pedaqoji təhsil alaraq 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutununun Müalicə-profilaktika fakültəsini bitirib.
Təhsilini bitirdikdən sonra Böyük Ağayev Göyçay sanatoriya-epidemioloji stansiyasında həkim-malyarioloq vəzifəsində işləyib, Kürdəmirdə tropik stansiyanın müdiri olub.1948–1953-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi, 1953-cü ilin aprel ayından Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1958-ci ilin yanvar ayından isə Azərbaycan SSR səhiyyə naziri vəzifələrində işləyib.1963-cü ilin may ayından həyatının sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olub.
1942-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Böyük Ağayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olub.O, 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilib."Lenin" ordeni (1961) və medallarla təltif edilib.
Böyük Ağayev 18 oktyabr 1965-ci ildə Bakıda vəfat edib.Birinci Fəxri Xiyabanda dəfn olunub...
RUHU ŞAD OLSUN!
Namiq Həsənov
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.