Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
20 İyul 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1756
28.06.2026, 23:21
Bakıda Azərbaycan Böyük Milli Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.
Oxu24.com Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib.
Toplantı iyunun 27-də “Hyatt-Recensy” otelində baş tutub.
Gələn qonaqlar arasında ABŞ, Rusiya və digər ölkələrdən olan masonlar olub. Onları Azərbaycan Böyük Mason Lojasının Masteri Robert Bağır Heyət qarşılayıb. Vaşinqton Böyük Lojasının Böyük Masteri Məclisdə çıxış edib. Həmçinin Rusiya Böyük Mason Lojasının rəhbəri salamlama ilə çıxış edib.
Məclisdən sonra Azərbaycan üçün Qədim Şotland Nizamnaməsi qəbul edilib. Həmçinin yeni Suveren Böyük Komandor müəyyən olunub.
Məxfi keçirilmiş iclasda müzakirə edilmiş digər məsələlər barədə məlumat verilməyib.
“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vaşinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vaşinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. “2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vaşinqton D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası”nın rəsmi açıqlamasında vurğulanıb.
2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilə bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vaşinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008″i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vaşinqton D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vaşinqton D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnamə Böyük Ustad tərəfindən elan edilib.



23:24 / 20 İyul 2026
55
22:51 / 20 İyul 2026
56
22:30 / 20 İyul 2026
65
22:18 / 20 İyul 2026
64
21:42 / 20 İyul 2026
72
21:19 / 20 İyul 2026
74
20:49 / 20 İyul 2026
76
20:33 / 20 İyul 2026
91
20:16 / 20 İyul 2026
75
20:01 / 20 İyul 2026
75
19:38 / 20 İyul 2026
80
19:25 / 20 İyul 2026
90
19:13 / 20 İyul 2026
68
19:02 / 20 İyul 2026
82
18:36 / 20 İyul 2026
87
18:25 / 20 İyul 2026
86
18:09 / 20 İyul 2026
80
17:59 / 20 İyul 2026
88
17:50 / 20 İyul 2026
87
17:35 / 20 İyul 2026
79
17:15 / 20 İyul 2026
107
16:59 / 20 İyul 2026
115
16:46 / 20 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.