Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
16 Sentyabr 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
624
27.06.2026, 23:31
Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir vətəndaşların narazılığına səbəb olan məsələlərdən biridir. Halbuki kommunal xidmət haqları, kredit ödənişləri, kirayə, dərman və digər zəruri xərclərin böyük hissəsi ayın ilk günlərində ödənilir.
Bu səbəbdən sosial ödənişlərin tarixinin dəyişdirilməsi mümkündürmü?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov pensiya və sosial müavinətlərin ödəniş tarixlərinin vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılmalı olduğunu bildirib.
Onun sözlərinə görə, xüsusilə yalnız pensiya və sosial müavinətlə dolanan insanlar ayın əvvəlində yaranan maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkirlər.
"Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir.
Vətəndaşların böyük hissəsi kommunal xidmətlər, kredit ödənişləri, dərman və digər zəruri xərclərlə ayın ilk günlərində qarşılaşır. Lakin sosial ödənişlərin daha gec həyata keçirilməsi xüsusilə yalnız pensiya və müavinətlə yaşayan insanlar üçün əlavə maliyyə çətinliyi yaradır”, – deyə ekspert vurğulayıb.
Asif İbrahimov qeyd edib ki, müasir sosial siyasətin əsas prinsiplərindən biri dövlət ödənişlərinin vətəndaşların gündəlik həyat ritminə uyğun təşkil edilməsidir. Onun fikrincə, bu baxımdan pensiya və sosial müavinətlərin ayın ilk günlərində ödənilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.
Ekspert hesab edir ki, ödəniş qrafikinin dəyişdirilməsi büdcə planlaması, xəzinə sistemi və texniki proseslərlə əlaqəli olsa da, bu maneələr həllolunmaz deyil:
"Əgər məqsəd vətəndaşın rifahını artırmaqdırsa, sosial ödənişlərin vaxtı da həmin məqsədə xidmət etməlidir.
Aidiyyəti dövlət qurumları pensiya və sosial müavinətlərin ayın əvvəlində ödənilməsi imkanlarını araşdırmalı, vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş daha çevik mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir”.
Ekspert sonda vurğulayıb ki, sosial ödənişlər sadəcə rəqəmlərdən ibarət deyil, minlərlə insanın gündəlik həyat təminatını təşkil edir və onların ödənilmə vaxtı da bu reallıq nəzərə alınaraq müəyyənləşdirilməlidir.
19:23 / 16 Sentyabr 2026
26
19:09 / 16 Sentyabr 2026
58
18:56 / 16 Sentyabr 2026
53
18:37 / 16 Sentyabr 2026
89
18:21 / 16 Sentyabr 2026
81
18:12 / 16 Sentyabr 2026
73
18:00 / 16 Sentyabr 2026
64
17:36 / 16 Sentyabr 2026
216
17:33 / 16 Sentyabr 2026
71
17:01 / 16 Sentyabr 2026
74
16:55 / 16 Sentyabr 2026
176
16:50 / 16 Sentyabr 2026
92
16:48 / 16 Sentyabr 2026
84
16:30 / 16 Sentyabr 2026
219
16:20 / 16 Sentyabr 2026
2311
16:08 / 16 Sentyabr 2026
982
16:05 / 16 Sentyabr 2026
92
15:58 / 16 Sentyabr 2026
600
15:50 / 16 Sentyabr 2026
243
15:42 / 16 Sentyabr 2026
108
15:40 / 16 Sentyabr 2026
95
15:37 / 16 Sentyabr 2026
286
15:34 / 16 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.