Bakıda məşhur xəstəxana bağlanır
10 Noyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
26.06.2026, 21:55
Astrofiziklərin proqnozlarına görə,iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilsə də, güclü maqnit qasırğası proqnozlaşdırılmır. Mütəxəssislərin peyk sistemləri və beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında hazırladığı proqnoza görə, Günəşdən gələn günəş küləyinin təsiri nəticəsində geomaqnit sahəsində müəyyən dəyişikliklər müşahidə olunacaq.
Oxu24.com xəbər verir ki, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi ən yüksək səviyyəyə çatacaq.
Kp indeksi 3,7 olacaq ki, bu da orta səviyyəli geomaqnit pozuntusu hesab edilir. Ən güclü təsirin səhər və axşam saatlarında hiss olunacağı bildirilir. 28 iyun tarixində maqnitosfer tədricən sakitləşəcək. Aktivlik Kp 3 səviyyəsinə enəcək ki, bu da normanın yuxarı həddi sayılır.
29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi gözlənilir. Bu günlərdə Kp indeksi 2 səviyyəsində olacaq və geomaqnit sahəsi sakit qalacaq.
Mütəxəssislər bildirirlər ki, 3,7 bal kritik göstərici hesab olunmur. Buna görə də sağlam insanların əksəriyyəti bu dəyişiklikləri hiss etməyə bilər. Lakin meteohəssas insanlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə müəyyən narahatlıqlar yarana bilər.
Ən çox rast gəlinən əlamətlər bunlardır: yüngül və ya güclü baş ağrısı, halsızlıq və yuxululuq, gecə yuxusuzluğu, arterial təzyiqin dəyişməsi, ürəkdöyünmənin sürətlənməsi, əsəbilik və diqqətin azalması.
Özünüzü necə qorumalısınız?
Həkimlər geomaqnit aktivliyi günlərində gündəlik rejimə diqqət yetirməyi tövsiyə edirlər.
Mütəxəssislərin məsləhətinə görə, bu günlərdə qəhvə, energetik içkilər və spirtli içkilərin qəbulunu azaltmaq, daha çox su və bitki çayları içmək faydalıdır.
Bundan əlavə, yağlı və çox ədviyyatlı qidalardan uzaq durmaq, gecə ən azı 7-8 saat yatmaq və gün ərzində təmiz havada yüngül gəzintilər etmək məsləhət görülür. Eyni zamanda, günün ən isti saatlarında birbaşa günəş şüaları altında uzun müddət qalmaqdan çəkinmək tövsiyə edilir./lent
12:04 / 10 Noyabr 2026
1
12:00 / 10 Noyabr 2026
58
11:45 / 10 Noyabr 2026
524
11:42 / 10 Noyabr 2026
64
11:39 / 10 Noyabr 2026
63
11:28 / 10 Noyabr 2026
78
11:16 / 10 Noyabr 2026
126
11:04 / 10 Noyabr 2026
82
10:45 / 10 Noyabr 2026
94
10:39 / 10 Noyabr 2026
643
10:32 / 10 Noyabr 2026
94
10:28 / 10 Noyabr 2026
142
10:21 / 10 Noyabr 2026
182
10:17 / 10 Noyabr 2026
116
10:15 / 10 Noyabr 2026
144
10:10 / 10 Noyabr 2026
128
09:50 / 10 Noyabr 2026
776
09:46 / 10 Noyabr 2026
114
09:35 / 10 Noyabr 2026
138
09:26 / 10 Noyabr 2026
198
09:19 / 10 Noyabr 2026
134
08:56 / 10 Noyabr 2026
252
08:46 / 10 Noyabr 2026
440
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.