Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib
15 Sentyabr 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
534
26.06.2026, 21:00
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş hərbi attaşelik aparatlarında silsilə tədbirlər keçirilib.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldan danışılıb. Qeyd olunub ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli surətdə keçirilir.
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevincini bəxş edib.
Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq məşğələləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.




19:15 / 15 Sentyabr 2026
23
19:15 / 15 Sentyabr 2026
24
19:15 / 15 Sentyabr 2026
21
19:13 / 15 Sentyabr 2026
6
19:12 / 15 Sentyabr 2026
30
19:10 / 15 Sentyabr 2026
60
19:10 / 15 Sentyabr 2026
44
19:05 / 15 Sentyabr 2026
91
19:00 / 15 Sentyabr 2026
44
19:00 / 15 Sentyabr 2026
51
18:55 / 15 Sentyabr 2026
113
18:45 / 15 Sentyabr 2026
65
18:41 / 15 Sentyabr 2026
91
18:29 / 15 Sentyabr 2026
65
18:25 / 15 Sentyabr 2026
144
18:18 / 15 Sentyabr 2026
98
18:17 / 15 Sentyabr 2026
280
18:10 / 15 Sentyabr 2026
153
18:00 / 15 Sentyabr 2026
57
17:58 / 15 Sentyabr 2026
50
17:47 / 15 Sentyabr 2026
1303
17:45 / 15 Sentyabr 2026
60
17:38 / 15 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.