Bakıda məşhur xəstəxana bağlanır
10 Noyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
628
26.06.2026, 19:53
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanunu imzalayıb.
Oxu24.com xəbər verir ki, yeni qanuna əsasən, Rusiya vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumu 4 200 rubldan qəfil 50 min rubla (təxminən 1090 manat) qaldırılıb.
Yaşayış icazəsinin verilməsi üçün rüsum isə 6 min rubldan 30 min rubla (654 manat) yüksəldilib.
Sənədin itirilməsi, korlanması və ya oğurlanması ilə əlaqədar müvəqqəti yaşayış icazəsinin yenidən verilməsi üçün rüsum 5 min rubl (109 manat), yaşayış icazəsinin dəyişdirilməsi üçün isə 6 min rubl (131 manat) müəyyən edilib.
Ölkəyə giriş üçün dəvətnamənin rüsumu hər dəvət olunan şəxs üçün 960 rubldan 8 min rubla (174 manat) qaldırılıb.
Rusiyaya giriş-çıxış vizalarının qiyməti 1 200 rubldan 2 min rubla (44 manat), çoxdəfəlik vizalar üçün isə 1 920 rubldan 6 min rubla (131 manat) yüksəlib.
Müvəqqəti yaşayış icazəsinin (RVP) verilməsi üçün rüsum 1 920 rubldan 15 min rubla (327 manat) qədər artırılıb.
Təhsil almaq məqsədilə ölkəyə giriş rüsumu 1 920 rubldan 8 min rubla (174 manat), xarici işçilərin cəlb edilməsi üçün icazə rüsumu isə 12 min rubldan 15 min rubla (327 manat) qaldırılıb.
Yeni qanunla bəzi güzəştlər də tətbiq edilib. Belə ki, prezidentin fərmanı ilə Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyi qəbul edilən xarici mütəxəssislər, elm və mədəniyyət xadimləri, həmçinin onların ailə üzvləri müvəqqəti və ya daimi yaşayış icazəsi rüsumundan azad olunurlar.
Bundan əlavə, Ukrayna ilə müharibə dövründə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığının verilməsi tamamilə ödənişsiz olacaq./musavat
12:04 / 10 Noyabr 2026
1
12:00 / 10 Noyabr 2026
58
11:45 / 10 Noyabr 2026
524
11:42 / 10 Noyabr 2026
64
11:39 / 10 Noyabr 2026
63
11:28 / 10 Noyabr 2026
78
11:16 / 10 Noyabr 2026
126
11:04 / 10 Noyabr 2026
82
10:45 / 10 Noyabr 2026
94
10:39 / 10 Noyabr 2026
643
10:32 / 10 Noyabr 2026
94
10:28 / 10 Noyabr 2026
142
10:21 / 10 Noyabr 2026
182
10:17 / 10 Noyabr 2026
116
10:15 / 10 Noyabr 2026
144
10:10 / 10 Noyabr 2026
128
09:50 / 10 Noyabr 2026
776
09:46 / 10 Noyabr 2026
114
09:35 / 10 Noyabr 2026
138
09:26 / 10 Noyabr 2026
198
09:19 / 10 Noyabr 2026
134
08:56 / 10 Noyabr 2026
252
08:46 / 10 Noyabr 2026
440
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.