Qaynar xətt:

(+99450) 247 90 86

Güclü külək Bakıda ağacları aşırdı - FOTO

2019-08/1564997084_agac.jpg

CƏMİYYƏT

933

05.08.2019, 13:25

\"\" Bakıda əsən güclü külək nəticəsində beş ağac aşıb.
Bunu Oxu24.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, ağacların aşması faktı müxtəlif ərazilərdə qeydə alınıb:
“Ağacların aşma halları paxtaxtın Suraxanı, Yasamal, Nəsimi, Binəqədi və Sabunçu rayonlarında qeydə alınıb. Ağacların budaqları sınaraq yola düşüb. Həmin ağaclar sağlam olub. Aşma nəticəsində xəsarət alan olmayıb”. Orxan Məmmədov qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir: “Vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini iri gövdəli və hündür ağacların altında saxlamasınlar”. \"\" \"\" \"\"