Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16460
az

5 avqust tarixinə hava proqnozu

15:4504 Avqust, 2019
962
  • A
 
Avqustun 5-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimyol.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti, Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 05-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq artıq tavaya yapışmayacaq - illərdir gizlədilən sirr
Damarlardan xolesterini təmizləmək üçün- nə içmək lazımdır?
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb