Qaynar xətt:

(+99450) 247 90 86

“Facebook”-un yeni layihəsi məlum olub.

2019-08/1564824847_face.jpg

CƏMİYYƏT

699

03.08.2019, 13:33

\"\" \"Facebook\" üzərində çalışdığı videozəng dəstəyi olan TV-konsolunda öz kontentini yerləşdirilməsi təklifilə \"Netflix\", \"Disney\", \"Hulu\", \"HBO\" və \"Amazon\"-a müraciət edib.
Oxu24.com insider.az-a istinadən bildirir ki, bu barədə mənbələr və layihə haqda sənədlərə istiinadla \"The Information\" resursu yazır. Nəşriyyatın məlumatına görə, \"Catalina\" kod adlı cihaz \"Facebook\"-dan videoçatlar üçün olan \"ağıllı\" \"Portal\" displeyinin də istifadə etdiyi eyni texnologiyadan istifadə edəcək. Həmçinin onun distant idarəolunma fiziki pultu olacaq.
Şirkət cihazı 2019-cu ilin pyızında tədim etməyə ümid edir. Mediaşirkətlərlə gedən danışıqların hansı mərhələdə olduğunu resurs öyrənə bilməyib. \"Reuters\" əlavə edir ki, \"Facebook\" bu barədə şərh vermək sorğusunu cavablandırmayıb. \"Facebook\"-un televizora qoşulacaq videozənglər üçün cihaz üzərində işlədiyi barədə ötən ilin oktyabrında \"Cheddar\" nəşriyyatı yazmışdı. Resursun xəbərinı görə, layihə \"Ripley\" adlanır.