Üç bürc ilin son aylarında çox şanslı olacaq
07 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
505
19.06.2026, 11:44
İssık-Kul gölünün sahilində keçirilən "Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə" adlı İssık-Kul Beynəlxalq Forumunun tədbirlərinə start verilib.
Oxu24.com xəbər verir ki, tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti, Zati-aliləri cənab Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının dövlət katibi Arslan Koyçiyev çıxış edir.
Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iştirak edib.
Qeyd etmək lazımdır ki, forumun açılışı çərçivəsində iştirakçılar 'Ata-Beyit' Memorial Kompleksini ziyarət edərək görkəmli qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun əziz xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül dəstələri qoyublar.
18-21 iyun tarixlərini əhatə edən forumda, həmçinin Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpus nümayəndələri, dünyaşöhrətli yazıçılar, tanınmış tarixçi və bestseller müəllifləri, eləcə də Türk və digər xarici ölkələrin yazıçılar birliklərinin rəhbər şəxsləri və nüfuzlu nümayəndələri, mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.
Türk Mədəniyyəti və İrsi Fondunun tədbirdə iştirakı Türk dünyasının ortaq mədəni irsinin təşviqi, görkəmli şəxsiyyətlərin irsinin yaşadılması və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

00:23 / 07 Noyabr 2026
17
00:10 / 07 Noyabr 2026
82
00:06 / 07 Noyabr 2026
66
23:59 / 06 Noyabr 2026
191
23:42 / 06 Noyabr 2026
163
23:37 / 06 Noyabr 2026
106
23:32 / 06 Noyabr 2026
83
23:28 / 06 Noyabr 2026
132
23:21 / 06 Noyabr 2026
90
23:17 / 06 Noyabr 2026
85
23:11 / 06 Noyabr 2026
78
23:00 / 06 Noyabr 2026
90
22:55 / 06 Noyabr 2026
89
22:48 / 06 Noyabr 2026
483
22:42 / 06 Noyabr 2026
84
22:38 / 06 Noyabr 2026
217
22:32 / 06 Noyabr 2026
91
22:26 / 06 Noyabr 2026
90
22:16 / 06 Noyabr 2026
79
22:05 / 06 Noyabr 2026
619
22:01 / 06 Noyabr 2026
134
21:59 / 06 Noyabr 2026
198
21:54 / 06 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.