Qaynar xətt:

(+99450) 247 90 86

Ev şəraitində TƏBİİ MEYVƏ SUYU (RESEPT)

2019-08/1564764939_1564763043_seftali-suyu-1.jpg

CƏMİYYƏT

873

02.08.2019, 20:55

\"\" Havaların daha da isindiyi yay aylarında ən çox təbii sərinləşdirici içkilərə üstünlük verilməlidir.
Oxu24.com ev şəraitində hazırlanan,bütün yorğunluğunuzu aradan qaldıracaq təbii şaftalı suyunun hazırlanma qaydasını təqdim edir. Tərkibi: -2 ədəd şaftalı -1 stəkan şəkər tozu -3 stəkan su Hazırlanma qaydası: İlk öncə şaftalıların qabığı soyub dilimləyin. Bir qazana dilimlənmiş şaftalı, şəkər tozu və suyu töküb ocağa yerləşdirin. Şaftalılar yumşalanadək bişirin. Bişən şaftalıları blenderdən keçirin.Meyvə suyunun qatılığını yoxlayaraq zövqə görə su əlavə edə bilərsiniz. Həmçinin şəkər tozunu da.Hazır meyvə suyunu soyuducuya yerləşdirib soyuq halda içə bilərsiniz. QEYD: Lif baxımından zəngin olan şaftalının insan sağlamlığına bir çox faydası var. Xüsusən həzm sisteminə yaxşı təsir edən şaftalıya Uzaq Şərq ölkələrində möcüzəli meyvə olduğunu söyləyirlər. Ölkəmizdə ən çox Aran bölgəsində yetişən şaftalı daşıdığı vitamin və mineral baxımından göz sağlamlığından dəri sağlamlığına qədər bir çox faydası var. Meyvə suyu və mürəbbə kimi istifadə edilən bu qida qaynağı ehtiva etdiyi yüksək lif sayəsində də pəhriz siyahılarında ilk sıralardadır. \"\" \"\"