Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

2019-08/1564755292_775495.jpg

CƏMİYYƏT

675

02.08.2019, 18:15

\"\" Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə \"Azərbaycan Dəmir Yolları\" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib. Onun sözlərinə görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaqdır. Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaqdır.