Baş direktor və generallar medallarla təltif edildi
07 İyul 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
659
16.06.2026, 23:48
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan şəxslərə təhsil müəssisələrini bitirərkən qanunla birdəfəlik müavinət verilir. Lakin son dövrlərdə bir çox vətəndaşlar məlumat azlığı səbəbindən bu müavinət üçün vaxtında müraciət edə bilmir, sonradan müraciət etdikdə isə qurumlar tərəfindən "artıq gecdir" və ya "vaxtı keçib" kimi qeyri-rəsmi imtinalarla qarşılaşırlar.
Oxu24.com mövzunun hüquqi tərəfini araşdırıb.
Mövzuyla bağlı vəkil Vəfadar Piriyev açıqlamasında bildirib ki, dövlət tərəfindən təyin olunan bu növ sosial ödemələrdə vətəndaşa "gecikmisən" deyərək imtina cavabı verilməsi tamamilə qanunsuzdur.
“DOST xidmətində vətəndaşa belə cavab verilə bilməz"
Vəkil qeyd edib ki, dövlət qulluğunda çalışan şəxslərin vətəndaşlarla rəftarı qanunla tənzimlənir:
“Dövlət qulluğu haqqında qanunun ən mühüm tələblərindən biri loyallıq prinsipidir. Dövlət qulluqçusu vətəndaşa gec gəlmisən, hüququn yoxdur” deyə bilməz. DOST xidmətində hər hansı bir əməkdaşın vətəndaşa rəsmi olaraq bu cür cavab verməsinə inanmıram. Çox güman ki, vətəndaşlar rəsmi müraciət etmədən, kənarda kimdənsə soruşaraq yanlış istiqamətləndirilirlər”.
Qanunvericilikdə müavinətlərin davamlı və birdəfəlik növləri mövcuddur. Məzun olan gənclərə verilən bu ödəniş birdəfəlik müavinət kateqoriyasına aiddir və sonradan müraciət edildikdə mütləq ödənilməlidir:
“Dəfn pulu ilə eyni məntiq daşıyır. Bu müavinət növü, eynilə vəfat etmiş şəxslərə görə sonradan verilən rəsmi dəfn pulu kimidir. Zaman keçsə belə, vətəndaşın qanuni hüququ qüvvədə qalır.
Rəsmi qaydada müraciət edin. “Gecdir" deyən şəxslərin şifahi sözlərinə inanmayın. Birbaşa DOST xidmətinə yaxınlaşıb, valideyn himayəsindən məhrum şəxs kimi vaxtında ala bilmədiyiniz birdəfəlik müavinəti tələb edən rəsmi ərizə yazın.
Ödəniş mütləq ediləcək”.
Vəkil vurğulayır ki, rəsmi müraciət edildiyi təqdirdə qurum tərəfindən həmin müavinətin ödənilməsi təmin olunmalıdır.
Bəs imtina cavabı gələrsə, nə etməli?
Vəfadar Piriyev bildirib ki, vətəndaşlar qanuni haqlarını sonadək müdafiə etməlidirlər:
“Hər hansı bir dövlət qurumu rəsmi şəkildə imtina cavabı verərsə, baxmayaraq ki, mən hüquqi olaraq belə bir imtinaya inanmıram, vətəndaşın dərhal İnzibati Məhkəməyə müraciət etmək hüququ var”.
Oxu24.com olaraq xatırladırıq ki, dövlət valideyn himayəsindən məhrum olmuş gənclərin sosial müdafiəsini hər zaman diqqətdə saxlayır. Əgər sizin də belə bir hüququnuz yaranıbsa və vaxtında ala bilməmisinizsə, mütləq rəsmi qaydada hüquqlarınızı tələb edin.
Çimnaz Telmanqızı
13:40 / 07 İyul 2026
1
13:36 / 07 İyul 2026
14
13:29 / 07 İyul 2026
27
13:23 / 07 İyul 2026
39
13:15 / 07 İyul 2026
51
13:10 / 07 İyul 2026
380
12:54 / 07 İyul 2026
165
12:53 / 07 İyul 2026
61
12:42 / 07 İyul 2026
65
12:31 / 07 İyul 2026
296
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
130
12:00 / 07 İyul 2026
921
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
204
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
86
11:09 / 07 İyul 2026
93
11:05 / 07 İyul 2026
84
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.